Accessibility links

Cənubi Koreya ilk qabaqlayıcı hərbi təlimlər keçirib


Cənubi Koreya Şimali Koreyaya qarşı qabaqlayıcı hücumda hərbi qabiliyyətini möhkəmləndirmək məqsədilə çərşənbə axşamı müasir qanadlı raketlərin təkmilləşdirilməsi üçün ilk hərbi təlimlər keçirib.

Cənubi Koreya hərbçiləri bildirib ki, F-15 qırıcı təyyarəsindən atılan Taurus tipli raketlər ölkənin qərb sahillərində hədəfə dəyməzdən əvvəl aşağı yüksəklikdə maneələrdən keçib.

Cənubi Koreya Şimalın nüvə sınaqlarının ardınca özünün hərbi qabiliyyətini inkişaf etdirmək üçün səyləri artırıb.

Şimali Koreya sentyabrın 3-ü özünün altıncı və ən güclü nüvə sınağını həyata keçirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG