Accessibility links

Türkiyədə zəncirvari qəza nəticəsində ən azı 10 nəfər ölüb


Türkiyə xəritəsi.
Türkiyə xəritəsi.

Rəsmilərin bildirdiyinə görə, cümə axşamı Türkiyənin şimal-qərbində yeddi maşının cəlb olunduğu zəncirvari qəza nəticəsində ən azı 10 nəfər ölüb, 57 nəfər yaralanıb.

Qəzza İstanbuldan təxminən 150 kilometr uzaqda Sakarya vilayətinin Şimal Marmara Avromagistralında qalın duman və zəif görünmə dərəcəsi şəraitində baş verib.

Qəza ilə bağlı istintaq başladılıb, ancaq Sakarya valisi Yaşar Karadeniz deyib ki, bu, böyük ehtimalla, bir maşının zəif görüntü ilə önündəki yük maşınına çarpması ilə arxadakıların da qəza törətməsi nəticəsində baş verib.

Qəzada ən azı üç şəhərlərarası avtobus iştirak edib.

Karadeniz hadisə yerində müxbirlərinə deyib ki, səlahiyyətlilər bəzi sərnişinlərin maşınlarını tərk etdikdən sonra başqa maşının onlara çarpması nəticəsində həyatlarını itirdiklərinə inanır.

Vali bildirib ki, yaralılardan yeddisinin vəziyyəti kritikdir.

Polis və fövqəladə vəziyyət işçiləri hadisə yerində qalıqları təmizləyib.

Forum

XS
SM
MD
LG