Accessibility links

"Chanel" moda evinin direktoru Karl Laqerfeld vəfat edib


Fransız mediasının verdiyi məlumata görə, modelyer və fransız moda evi Chanel-in kreativ direktoru Karl Laqerfeld fevralın 19-u 85 yaşında Parisdə xəstəxanada ölüb.

Son həftələr modelyerin səhhətində problemlər olub. Yanvarın 22-i Laqerfeld karyerasında ilk dəfə olaraq Chanel moda evinin iki şousunda iştirak etməyib və dəb şousunun sonunda tamaşaçılar qarşısına çıxmayıb. Closer-in verdiyi məlumata görə, şirkət onun özünü yaxşı hiss etmədiyini bildirib.

Karl Laqerfeld 1933-cü ildə Almaniyanın Hamburq şəhərində anadan olub. 1952-ci ildə onun ailəsi Parisə köçüb. Karl orada Yüksək Moda Sindikatının nəzdindəki məktəbdə təhsil alır.

1974-cü ildə Laqerfeld öz şəxsi – Karl Lagerfeld İmpression geyim brendini təsis edib.

1983-cü ildə o, Chanel evinin kreativ direktoru olub və son günlərinədək ona rəhbərlik edib. 90-cı illərdə Laqerfeld Chloe moda evinin baş modelyeri vəzifəsini icra edib.

Vyana Yüksək Tətbiqi İncəsənət məktəbində dərs deyən Laqerfeld fotoqrafçılıqla məşğul olub və ətir yaradıcısı kimi tanınıb.

XS
SM
MD
LG