Accessibility links

Afrika mənşəli amerikalının polis tərəfindən öldürülməsini nümayiş etdirən kamera görüntüləri yayımlanacaq


ABŞ-ın Şimali Karolina ştatının polis idarəsinin rəisi Afrika mənşəli amerikalının polis tərəfindən öldürülməsini nümayiş etdirən kamera görüntülərinin yayımlanacağını elan edib.

Kerr Putni mətbuat konfransında deyib ki, bu, vaxt və nəticələrin nə olacağı məsələsidir. Polis rəisi baş verənlərin ictimaiyyətə çatdırılmasının düşüncə və ehtiyat tələb etdiyini bildirib.

Bu arada öldürülən Kit Lamont Skotun ailəsi cib telefonu ilə çəkilən video yayımlayıb. Görüntülər Skotun xanımı Rakeyia tərəfindən çəkilib.

Görüntülərdə polisin silahı Skota tuşladığı göstərilməsə də, onun xanımının polisə atəş açmamaq barədə yalvarışları səslənir.

Şəhərdə isə kommendant saatına məhəl qoymayan yüzlərlə etirazçının yürüşləri davam etdirilir.

Şəhər boyu xüsusi təyinatlı polis dəstələri yerləşdirilib.

Statda fövqəladə vəziyyət elan edən Şarlott şəhərinin sabiq meri, qubernator Pat Makkrori qanunu pozanların həbs ediləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG