Accessibility links

Oktyabrın 11-i "Beynəlxalq Qız Uşağı Günü"dür


Oktyabrın 11-i "Beynəlxalq Qız Uşağı Günü"dür. Bu gün uşaq yaşlarında ərə verilmə də daxil edilməklə, müxtəlif problemlərlə üzləşən qız uşaqlarının hüquqlarının müdafiəsinəa həsr edilib.

"Qız Uşaqları Gəlin Deyil" təşkilatının hesablamalarına görə, uşaq yaşlarında ərə verilən qızların sayı sürətlə artır. Təşkilat azyaşlıların evliliyinin təbii və himanitar fəlakətlərə səbəb olduğunu deyərək, dünya boyu hökumətləri uşaq evliliyinə son qoyulması yolunda iş aparmağa çağırır.

Adamanın (əsl adı deyil) 16 yaşı var. O, imkansız ailədəndir. Ailəsinə maddi yardım göstərdiyi üçün o, 30 yaşlarındakı kişi ilə görüşməli olur. O, hamiə qalanda atalığı onu evdən qovub və həmin şəxsdən qızlığı ilə evlənməyi tələb edir. Lakin həmin şəxs qızın hamilə olduğunu biləndə onu atır. Adama hamilə olduğuna görə utandığını və yardıma ehtiyacı olduğunu deyir.

Siyerra-Leonedə "Vəkillər və Əlaqələr" qeyri-hökumət təşkilatının rəhbəri Məryəm Munia Zombo bu kimi hadisələrin tez-tez baş verdiyini deyir. Bir çox valideyin yoxsulluq və ya qızlarının hamilə qalması səbəbindən onları tez ərə verməyə çalışır.

Zombo deyir ki. keçən il Siyerra-Leonedə baş qaldıran Ebola xəstəliyinin da bu məsələdə böyük rolu olub. "Belə söhbətlər gəzir ki, uşaq evliliyinə Ebola böhranının təsiri olub. Lakin heç bir araşdırma uşaq yaşlarında evliliyə bunun səbəb olduğunu təsdiqləməyib" deyə, o bildirir.

O, uşaq gəlinlərin təhsil imkanından məhrum olduğunu, ərlərinin zorakılıqlarına və problemli hamiləliklərə məruz qaldıqlarını deyir. Siyerra-Leone uaşaq ölümü göstəricilərinə görə dünyada öndə gedən ölkələrdəndir.

Kadicatu Buya-Kamara Sosial Təminatlar Naziriliyində "Gender və Uşaq Məsələləri" şöbəsinin müdiridir. O, qızların uşaq yaşlarında ərə verilməsi məsələsinin problem olduğunu deyir.

Siyerra-Leonedə bununla bağlı qanunlar ziddiiyətlidir. Qanunun birində valideynləri buna razıdırsa uşaq yaşlarında, yəni 18-də aşağı yaşlarda evliliyə icazə verilir.

"Beləliklə, biz bu problemlə üz-üzəyik və bir hökumət kimi biz bunun üzərində işləyilir"- deyə, Kamara bildirir.

Siyerra-Lione kimi bir çox ölkədə bu problem var və buna son qoyulması çox uzaq görünür. "Qızlar Uşaqları Gəlin Deyil" təşkilatının hesablamalarına görə, hər il 18 yaşdan aşağı 15 milyona qədər qız ərə verilir. Bu isə o deməkdir ki, 2050-ci ilədək 1.2 milyard qız uşaq yaşlarında ərə getmiş olacaq.

XS
SM
MD
LG