Accessibility links

Çin ABŞ-ın sualtı dronunu geri qaytaracaq


Çin ABŞ-ı Cənubi Cin dənizində beynəlxalq sularda Amerikanın sualtı dronunu ələ keçirməsi ilə bağlı insidenti şişirtməkdə ittiham edib. Hazırda iki ölkənin hərbi qüvvələrinin rəsmiləri vəziyyətin "münasib şəkildə həlli üzərində işləyir.

Pekin həmçinin Vaşinqtonu Çinin mövcud olduğu sulardahərbi kəşfiyyat aparmaqda günahlandırıb. Bu haqda Çin Müdafiə nazirliyinin sözçüsü Yanq Yujinin açıqladığı bəyanatda bildirilir. "Çin buna qəti etiraz edir və ABŞ-da bu fəaliyyətləri dayandırmasını istəyir"-deyə bəyanatda qeyd edilir.

ABŞ prezidenti seçilmiş Donald Tramp şənbə günü Tvitter səhifəsində yazdığı mesajında Çinin sualtı dronu ələ keçirməsini "presedenti olmayan" bir hərəkət adlandırıb.

Pentaqon diplomatik kanallar vasətisilə məsafədən idarə edilən sualtı cihazın dərhal geri qaytarılmasını tələb edib və Çindən bu kimi insidentləri təkrar etməməsini istəyib. Özüidarə edilən cihaz olsa, dron ABŞ-ın suveren qayığı hesab edilir.

"Bu, beynəlxalq qanuna uyğun olmayan bir hərəkətdir"-deyə Pentaqonun sözçüsü Ceff Deyvis bildirib. "Biz bunu Çinin professional hərbi qüvvələrinin səviyyəsi ilə bir araya gələn bir hərəkət hesab etmirik"-deyə hərbi dəniz qüvvələrin kapitanı Deyvis əlavə edib.

Deyvis müxbirlərə deyib ki, ABŞ hərbi dəniz qüvvələrinin mülki personalı tərəfindən idarə edilən sualtı-tədiqaqat dronu Filippin sahilinin 93 kilometrliyində gəmiyə qaytarılan zaman Çin tərəfindən ələ keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG