Accessibility links

Çində qaz partlayışı nəticəsində iki nəfər həlak olub


Şərqi Çində cümə günü restoran yaxınlığında olan qaz partlayışı nəticəsində 2 nəfər ölüb və 55 nəfər xəsarət alıb.

Çjezyan vilayətinin paytaxtı Xançjou şəhərindəki partlayış bir neçə video kamera vasitəsilə qeydə alınıb.

Ən azı 12 nəfər ağır yaralanıb.

Yanğınsöndürənlər hadisə yerinə vaxtında gəlib, yanğını dayandırıblar. Polis isə yaxınlıqdakı ərazilərdə insanların gəzməsini məhdudlaşdırıb.

XS
SM
MD
LG