Accessibility links

Çin etirazlardan sonra bəzi COVID məhdudiyyətlərini aradan qaldırır


Pekin. 2 dekabr, 2022.
Pekin. 2 dekabr, 2022.

Çin rəsmiləri şənbə günü COVID-19 məhdudiyyətlərini bir az daha yumşaltdıqlarını elan ediblər. Şençjen və Pekin kimi şəhərlərdə artıq ictimai nəqliyyatdan istifadə edə bilmək üçün mənfi test cavabları tələb olunmur.

Məhdudiyyətlərin yumşalması ölkədə gündəlik virusa yoluxma halları rekord səviyyəyə yaxxın olduğu bir zaman və artıq dördüncü ildir davam edən sərt anti-virus məhdudiyyətlərindən təngə gələn sakinlərin öllə bpyu etirazlar keçirməsindən sonraya təsadüf edir.

Ölkənin cənubunda texnoloji sənaye mərkəzi olan Şençjen şənbə günü bildirib ki, insanların ictimai nəqliyyatdan istifadə etmək və ya apteklər, parklar və turistik məkanlara daxil olmaq üçün artıq mənfi COVID-19 testi göstərmələrinə ehtiyac yoxdur.

Bu arada isə paytaxt Pekin cümə günü bildirib ki, bazar ertəsindən etibarən ictimai nəqliyyatdan istifadə etmək üçün mənfi test cavabına ehtiyac olmasa da, alış-veriş mərkəzləri kimi məkanlara daxil olmaq üçün son 48 saat ərzində əldə olunan mənfi test cavabı tələb olunur.

Bu tələbat bəzi Pekin sakinləri tərəfindən şikayətlərə səbəb olub, çünki onlar deyir ki, şəhər bir çox test mərkəzini bağlasa da, çox sayda ictimai məkana daxil olmaq üçün hələ də COVID-19 testi tələb olunur.

Rəsmilər deyir ki, yumşalma tədbirlərinə baxmayraq, xəstəliyə yoluxan hər bir insanı təcrd etmək məqsədi daşıyan “sıfırə-COVID” strategiyası hələ də qüvvədədir.

Şənbə günü Pekin rəsmiləri deyib ki, hazırkı COVID-19 yoluxmaları sürətli şəkildə yayıldığına görə, “normallaşdırılmış sosial profilaktika və nəzarət tədbirlərinin həyata keçirilməsini dəyişməz şəkildə davam etdirmək” lazımdır.

Hökumət son 24 saatda 33 018 yoluxma halının qeydə alındığını, onlardan 29 085-də simptomların olmadığını bildirib.

Dünyanın geri qalan hissəsi virusla yaşamağa öyrəndiyi bir vaxt, Çin hələ də “sıfır-COVID” strategiyasını yürüdən yeganə böyük ölkə olaraq qalır. Pandemia başlayandan bəri qüvvədə qalan bu siyasət nəticəsində ölkə boyu qapanma tədbiləri və kütləvi testlər həyata keçirilib.

Çin hələ də ölkəyə gəln ziyarətçilər üçün məcburi karantin tətbiq edir, baxmayaraq ki, ölkədə yoluxma halları 1.4 milyardlıq əhalisi ilə müqayisədə çox aşağıdır.

Bu yaxınlarda son onillərin ən böyük və geniş yayılmış nümayişləri noyabrın 25-də ölkənin şimal-qərbindəki Urumqi şəhərində bir yaşayış binasında çıxan yanğının azı 10 nəfərin ölümü ilə nəticələnməsindən sonra başlayıb.

Həmin insident internetdə yanğınsöndürənlər və ya qaçmağa çalışan qurbanlara kilidli qapılar və ya başqa anti-virus tədbirlərinin əngəl törədib-törətmədiyi ilə bağlı qəzəbli sualların yaranmasına gətirib çıxarıb. Rəsmiləri bunu inkar etsə də, insident zamanı baş verən ölüm halları ictimai qəzəbəb səbəb olub.

Şanxay və Pekin daxil olmaqla ölkə boyu şəhərlərdə bir neçə gün etirazlar davam edib. Etirazçılar COVID-19 məhdudiyyətlərinin yumşaldılmasını tələb edib. Bəziləri Çin Prezidenti Şi Tsinpinin istefasına çağırıb.

XS
SM
MD
LG