Accessibility links

İslam Dövləti Pakistanda oğurladığı iki çinlini edam etdiyini deyir


İslam Dövləti qadın iş yoldaşı ilə birlikdə Pakistanın cənub-qərbində terrorçu qrup tərəfindən qətlə yetirilən çinlinin qanlı bədənini göstərən video nümayiş etdirib.

Vilayətin yerli rəsmisi Amerikanın Səsinə videodakı şəxsin keçən ay Bəlucistan vilayətinin paytaxtı Kvettada oğurlanan çinlinin olduğunu bildirib.

Adının açıqlanmasını istəməyən rəsmi qətlə yetirilən çinlinin cəsədinin hələ də tapılmadığını və oğurlanan xaricilərin taleyi barədə heç bir rəsmi məlumat verə bilməyəcəyini deyib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hu Çunyinq bu gün keçirilən növbəti brifinqdə bildirib ki, İslamabad Pekinə oğurlanan şəxslərin çox guman ki, öldürüldüyünü deyib.

Sözçü Pekinin itkin düşən şəxslərin taleyi haqda hər hansı məlumat almaq üçün Pakistan rəsmiləri ilə daim əlaqədə olduğunu deyib.

İslam Dövlətinın kütləvi informasiya agentliyi Amaq çümə axşamı qrupun oğurladığı iki nəfəri Kvettadan 50 km məsafədə yerləşən Mastunq ərazisində edam etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG