Ətraf mühiti müdafiə qrupu bildirib ki, Çin sürətlə inkişaf edən iqtisadiyyatını gücləndirmək üçün qlobal qanunsuz taxta ticarətini inkişaf etdirir.
Londonda qərargahlanan Ətraf Mühütə dair Təhqiqat agentliyi bildirib ki, Çinin xam materiallara olan böyük ehtiyacı eyni zamanda bütün dünyada meşələrin qırılması praktikasının genişləndirməsinə yol açır.
Agentlik dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çinin qlobal səviyyədə ən böyük beynəlxalq qanunsuz taxta istehlakçısı olduğunu deyir.
Agentliyin hesablamalarına görə ötən il təxminən 180 milyon kub metr taxtanın 10 faizi qanunsuz yollarla əldə edilib.
Agentlik xəbər verib ki, başqa əsas taxta istehlakçıları olan ABŞ və Avropa İttifaqı qanunsuz taxta satışının qarşısını almaq üçün işlər görür. Lakin agentlik Çini qanunsuz taxta ticarətinə açıq-aydın qadağa qoymamaqda ittiham edib.
Hesabata cavab verən Çinin xarici işlər nazirinin sözcüsü Honq Lei Pekinin meşələri qorumaq uğrunda xarici icmalarla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.