Accessibility links

Çin prezidentinin Latın Amerikasına səfəri davam edir


Çin və Venesuela ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair razılıq əldə edib. Pekin dövlət mediası prezident Si Tsinpinin Latın Amerikasına bir həftə davam edən səfərini böyük inkişaf kimi qiymətləndirib.

Rəsmi Sinxua agentliyi prezident Si Tsinpin və Venesuela prezidenti Nikolas Maduronun iki ölkə arasında əhatəli strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair razılıq əldə etdiklərini bildirib.

İki ölkənin lideri birgə inkişaf fonduna 4 milyard dollar və Venesuelanın qızıl və mis ehtiyatlarının kəşfi üçün 700 milyon dollar da daxil olmaqla, ölkənin neft və minerallar ehtiyatlarının hasilatına dair bir neçə razılıq imzalayıb.

Cənab Sinin Braziliya və Argentina da daxil olmaqla Latın Amerikası ölkələrinə səfəri Çinin təbii ehtiyatlarla zəngin Latın Amerikası ölkələri ilə bağlı strategiyasının bir hissəsidir.

Hazırda Kubada olan Çin lideri bu kommunist ölkə ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinə ümid bəsləyir.Cənab Sinin Kuba prezidenti Raul Kastro ilə görüşü gözlənilir.

XS
SM
MD
LG