Trampın ABŞ-ın Çin məhsullarına daha yüksək tariflərin tətbiqi ilə bağlı hədələrindən sonra qlobal marketlərdə dəyişkənlik müşahidə edilib. Bu arada ticarət müzakirələrinin növbəti raundunda iştirak etmək məqsədi ilə Çinin nümayəndə heyəti ABŞ-a səfər edir. İki qüdrətli ölkə arasında gərginliklərin təsiri ticarəti də ötə bilər. Belə ki, Tramp administrasiyasının Şimali Koreya və İranla bağlı Çinin dəstəyinə ehtiyacı var.
ABŞ-ın maliyyə naziri və ticarət nümayəndəsi Çinlə danışıqların növbəti raundunda iştirak etmək üçün keçən həftə Pekində olub. Trampın ABŞ-ın Çin məhsullarına daha yüksək tariflərin tətbiqi ilə bağlı hədələrinə baxmayaraq, Çinin nümayəndə heyəti ABŞ-a səfər edir.
((Geng Shuang, Chinese Foreign Ministry Spokesperson)) (Mandarin, needs VO))
“ABŞ-Çin ticarət və iqtisadi müzakirələr nəzərə alınsa, müzakirələrin 10 raundu keçirilib və pozitiv irəliləyişlər əldə edilib” , Çinin XİN-nin sözçüsü Qenq Şuanq bildirib.
Bazar günü Donald Tramp Twitter hesabında yazıb ki, cümə günündən 200 milyard dollarlıq məhsula rüsum 10 faizdən 25 faizə qaldırılacaq.
Vaşqinqton artıq 50 milyard dollarlıq Çin məhsullarına 25 faiz tarif tətbiq edib. Pekin isə ABŞ-ın 110 milyard dollarılıq mallarına cərimə kəsib.
“Düşünürəm ki, prezident razılıq əldə edilməməsindən bir qədər məyus olub. O, mümkün qədər əlverişli razılıq əldə etmək istəyir. Eyni zamanda Çinə qarşı sərt mövqedən çıxış etdiyini göstərmək istəyir. Razılıq əldə edilsə, o, ən yaxşı razılığa nail olduğunu və Çinlə sərt davrandığını deyəcək” - deyə, Brukinq İnstitundan Devid Dollar bildirib.
Trampın yüksək tariflərin tətbiqi ilə bağlı tviti qlobal marketlərə birmənalı təsir bağışlamayıb. İnvestorlar ABŞ-Çin ticarət müharibəsinə ehtiyatla yanaşır. Trampın retorikalarının müzakirələrə təsiri də narahatlıq mövzusudur.
"Əgər onlar razılığa gəlsələr, Çin daxili auditoriyasına Amerikaya təslim olduğunu izah etməlidir. Hər ölkənin öz siyasəti var. Əlbəttə, Çin də istisna deyil" , ABŞ-Şin Biznes mərkəzindən Ceykob Parker deyib.
Hər iki ölkənin razılığa dair öz maraqları var. Şayiələrə görə ölkə liderləri gələcək aylar ərzində bir araya gəlib imzalama mərasimi kecirəcək.
Tərəflərin ticarər müzakirələri Tramp üçün digər məsələlərin rıçaq sistemidir.
“ABŞ-ın Şimali Koreya ilə bağlı Çinin yardımına ehtiyacı ilə yanaşı, İranı boğmaq üçün Çinin İran nefti idxalını ixtirar etməsi də lazımdır. Və bunların mütləq ticarətə də təsiri olacaq” deyə, Brukinq İnstitundan Devid Dollar bildirib.
Bazar günü dövlət mediasi Şimali Koreya lideri Kim Conq Unun ballistik raket sınağını müşahidə etdiyi göstərib.
Sınaq ABŞ-la Şimali Koreya arasında Hanoyda nəticə verməyən nüvəsizləşmə müzakirələrindən iki ay sonra keçirilib.
Vaşinqton sərt sanksiyalar da daxil edilməklə, yaxın müttəfiqi və sponsoru olan Çinin yardımı ilə Pxenyana maksimum təzyiq göstərməyə çalışır.