Accessibility links

2015-ci il Çin iqtisadiyyatı üçün çətin il olub [Video]


2015-ci il Çin iqtisadiyyatı üçün çətin il olub
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Günəşin doğmasından batmasına kimi Cinqven bazarında hərəkət müşahidə olunur. Lakin topdan satış ticarətçilərin bəzisi hazırki vəziyyətdən ruhdan düşmür.

Ye: “Mən nə baş verdiyini anlamıram. Bu il çox pis keçib. Biz Pekində illərdir işləyirdik və pul qazana bilirdik. Lakin belə görünür ki, bu il biz pul itirəcəyik.”

Tələbatın aşağı olması ilə yanaşı bazarın gələcəyi də qeyri-müəyyəndir. Pekin rəsmiləri bu bazar da daxil olmaqla, bir neçə başqa bazarı bağlamaq və qonşu Hebey viayətinə köçürərək, nəqliyyat tıxaclarını və əhalinin sıxlığını azaltmaq istəyir.

Şəhər rəsmiləri həmçinin əhalinin sayını 23 miliyon həddində saxlamaq istəyir. Ekspertlər deyir ki, bu çox aşağı rəqəmdir və beynəlxalq şəhər üçün müxtəlifliyi məhv etmək deməkdir.

Say Ciminq: “Burada universitet tələbələri, alimlərlə yanaşı xidmət sahəsində işləyənlər olmalıdır. Əgər siz onlardan xilas olmaq istəsəniz, şəhər canlılığını itirəcək.”

Çin iqtisadiyyatının inkişafına təkan verilən 1994-cü ildə tikilmiş Cinqven bazarı hələ də çox hərəkətlidir. Gələcək il nə baş verəcəyi isə məlum deyil.

Bəziləri onun bağlanacağından narahatdır. Bəziləri isə onun dəyişdirilərək yüksək səviyyəli ticarət mərkəzinə çevirləcəyini deyir.

Toptan satış şirkətləri hökumətin bizneslərə müdaxiləsi deyil, bazarın özünün necə reaksiya verəcəyini görmək istəyir.

Xinq: “Mən insanların nə istədiyinə baxıram. Pul qazanmaq üçün həmişə yol olub. Hazırda biz aşağı keyfiyyətli mallar satırıq, əgər onlar yüksək keyfiyyətə malik mallar istəsələr, mən bunu da bacararam.”

Ticarətçi Su isə Cinqven bazarında doqquz ildir işləyir. Lakin o, doğma şəhərinə qayıda bilmək ehtimalının olduğunu deyir.

Su: “Sən hər yerdə ticarətlə məşğul ola bilərsən. Sən onlayn bazar aça bilərsən və onlayn ticarətlə məşğul ola bilərsən. Bunu etməyin çox yolu var.”

Çin iqtisadiyyatı insanlara istədikləri yolu seçmək azadlığı verərək çiçəklənib. Pekinin 21-ci əsr üçün planlar qurduğu zaman təhlilçilər deyir ki, rəsmilər əsas diqqəti əhalinin sayına yönəlməkdənsə, toptan satış şirkətlərinin problemlərinə yönəltməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG