Accessibility links

Çin iqtisadiyyatının artım səviyyəsi ilk dəfə azalıb


Çin hökuməti iqtisadiyyatın artım dərəcəsinin aşağı düşməsini qlobal maliyyə böhranının nəticələri ilə əlaqələndirir

Global maliyyə böhranı başlanandan bəri Çin iqtisadiyyatının inkişaf səviyyəsi hökumətin qarşıya qoyduğu hədəflərdən fərqli olaraq üçüncü rübdə 7.4 faiz azalıb.

Cümə axşamı Milli Statistika Bürosunun verdiyi rəqəmlər dünyanın ikinci nəhəng iqtisadiyyatının ardıcıllıqla yeddinci rübdür zəifləmə ilə başa vurduğunu göstərir.

7.4 faizlik artım tənəzzülə uğramış başqa ölkələr üçün kifayət qədər güclü artım hesab olunsa da, on illərdir orta artım səviyyəsi 10 faizdən aşağı düşməyən Çin iqtisadiyyatı üçün bu aşağı göstəricidir.

Milli Statistika Bürosunun mətbuat katibi Şen Laiyun qlobal maliyyə böhranını iqtisadi artımın zəifləməsinin əsas səbəblərindən biri kimi göstərib.
XS
SM
MD
LG