Accessibility links

Çin ilə Hindistan iki günlük danışıqlara başlayıb


Çin və Hindistan liderləri mübahisəli sərhədlərində gərginliyin baş verdiyi və kiçik qonşuları üzərində nüfuzla bağlı rəqabətin aparıldığı bir vaxt cümə günü görüş keçirib.

Çin prezidenti Şi Tsinpin dünyanın ən çox əhalisi olan iki ölkə rəhbəri arasında keçiriləcək iki günlük danışıqlar çərçivəsində ilk olaraq Hindistanın baş naziri Narendra Modi ilə ilk olaraq mərkəzi Vuhan şəhərində görüşəcək.

Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Raviş Kumar deyib ki, Modi Vuhana gecə yarısı gəlib. O, Twitter hesabında yazıb ki, liderlər “bizim ikitərəfli münasibətlərimizdəki irəliləyişləri strateji və uzun-müddətli perspektivdən nəzərdən keçirəcəklər.”

Çin ilə Hindistanın əsrlərdir münasibətləri var, amma son onilliklərdə onlar Asiyada nüfuz üzərində rəqabət aparırlar.

İki ölkə 1962-ci ildə sərhəd uğrunda müharibə edib, ötən il isə qonşu Butanda 10 nəfət boyu davam edən qarşıdurma yaşayıb. Bundan əlavə Çinin Şri Lanka, Maldiv adaları və Hindistanın uzun illərdir rəqibi olan Pakistanla strateji və iqtisadi əlaqələr yaratmaq səyləri də Hindistanı narahat edib.

Çin isə öz növbəsində tibetli ruhani lider, Dalai Lamaya sığınacaq verdiyi və Pekinin onlara aid olduğunu iddia etdiyi əraziyə nazərt ediyi üçün Hindistandan nifrət edir.

Çin Hindistanın şimal-şərqində 90 min kvadrat kilometrlik torpağa dair ərazi iddiası var, Hindinstan isə qərbi Himalay dağlarında Aksayçin dağlıq ərazisində 38 min kvadrat kilometr torpağı işğal etdiyini iddai edir. Rəsmilər sərhəd iddialarını müzakirə etmək üçün ən azı 20 dəfə görüş keçirib, amma heç bir mühüm irəliləyiş əldə etməyib.

Ötən il baş verən son illərin ən uzun qarşıdurmalarından sonra Hindistan qoşunlarını Himalay dağlarındakı mübahisəli Doklan ərazisindən çıxarmağa razılaşıb. Çin qoşunları orada yol inşa etməyə başlayıb.

İqtisadi imkanlar

Bu fərqliliklərə baxamyaraq, Modi ümid edir ki, Çin gələn il keçiriləcək seçkilərdən öncə Hindistanın iqtisadi inkişafına yardəm edə bilər. Lakin onun administrasiyası Pekinin Asiya ilə Yaxın Şərq, Afrika və Avropa iqtisadiyyatları arasında əlaqə yaradan “Kəmər və Yol” təşəbbüsünə daxil olmaq istəmir.

Modi iyun ayında Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün yenidən Çinə səfər edəcək. Çin və Hindistandan əlavə həmin qrupa Qazaxıstan, Tacikistan, Özbəkistan və Pakistan da daxildir.

XS
SM
MD
LG