Accessibility links

Misir prezidenti Birləşmiş Ştatların dövlət katibi ilə görüşüb


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton və Misir prezidenti Məhəmməd Mürsi iki ölkə arasında əlaqələrin möhkəmlənməsi ilə bağlı bazar ertəsi gecə Nyu-Yorkda görüşərək, müzakirələr aparmışlar. Danışıqlar zamanı Misirin iqtisadiyyatı və Sinay yarımadasındakı ekstremistlərin təhlükəsi məsələlərinin müzakirə edildiyi bildirilir.

Associated Press ABŞ rəsmilərinə istinadən bildirib ki, görüş zamanı Misirin Birləşmiş Ştatların diplomatik şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi barədə də müzakirələr aparılıb.

Misirlə ABŞ rəsmiləri arasındakı bu görüş iki həftə bundan əvvəl İslama qarşı filmə etiraz olaraq ABŞ-ın Misirdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilməsi və Amerika bayrağının yandırılmasından iki həftə sonraya təsadüf edir.

Etiraz aksiyalarından sonra Birləşmiş Ştatlar prezidenti Barak Obama Misirin onun ölkəsinin nə dostu, nə də düşməni olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG