Accessibility links

Co Bayden Floridaya - binanın çökdüyü bölgəyə səfər edir


ABŞ Prezidenti Co Bayden və birinci ledi Cill Bayden cümə axşamı Floridanın Sörfsay şəhərinə ziyarət edəcək. Orada axtarış-xilasetmə qrupları səkkizinci gündür fasilə vermədən uçan binanın dağıntıları altında axtarış aparır.

Rəsmilər binada ölənlərin sayının 18-ə çatdığını xəbər verir. İtkin düşənlərin sayı isə 140-dan çoxdur.

Ağ Evin mətbuat katibi Cen Psaki müxbirlərə bildirib ki, Baydenlər “saatbaşı yorulmadan işləyənlərə” təşəkkür etmək və sevdikləri barədə xəbər almağı gözləmək kimi çətin prosesi yaşayan ailələrlə görüşmək istəyirlər.

Prezidentin dağıntılar olan əraziyə gedib-getməyəcəyi barədə suala Psaki bildirib ki, bu detallar hələ ki, dəqiqləşdirilməyib. Lakin o deyib ki, Bayden səfərinin hər detalının yerli rəsmilərlə koordinasiya edilməli olduğunu vurğulayıb.

"Hadisə yerində davamlı axtarış-xilasetmə əməlliyatı aparılır və biz əmin olmaq istəyirik ki, heç bir şey onların işini yarımçıq saxlamayacaq" deyə Psaki bildirib.

Mayami-Deyd Mahalının Yanğından Mühafizə İdarəsinin rəhbəri Alan Kominski dağıntılar altında sağ qalan insanları axtarmaq üçün xilasedicilərin gecə-gündüz təhlükə altında işlədiyini və onların "hər yola əl atdıqlarını" bildirib. Lakin o həmçinin əlavə edib ki, "Bu prosses hələ də tamamilə axtarış-xilasetmə əməliyyatıdır"

Kominski əlavə edib ki, qruplar axtarış işləri üçün itlərdən, video və sonar cihazlarından istifadə edərək dağıntılar altında xüsusi ilə sağ qala bilmə ehtimalı olan ​insanları axtarırlar.

İyunun 24-də 12 mərtəbəli Champlain Towers-in bir hissəsinin çökməsi nəticəsində 136 mənzil məhv olub.

Florida təcili yardım rəsmiləri gələn həftənin əvvəlindən başlayaraq tropik qasırğalar və siklonların baş vermə ehtimalını yaxından izlədiklərini də bildirir.

XS
SM
MD
LG