Accessibility links

Conni Depplə Amber Herd toya hazırlaşır


Conni Depplə Amber Herdin nişanlanmaları haqda məlumatın bu yaxınlarda açıqlanmasına baxmayaraq, cütlük artıq toy mərasimini planlaşdırır.

Yəqin ki, cütlüyün toy mərasimi dəbdəbəli olacaq. Deyilənə görə Conni Deppin Bahamda şəxsi adasında keçiriləcək nikah mərasimində iştirak edənlər ayaqyalın gəzəcək.

Maraqlıdır, bəs toy ziyafəti necə keçiriləcək? Yəqin ki, süfrədə kabab olacaq. Conninin musiqiçi dostları mahnı və limbo rəqsi ifa edəcək.

Amma söhbət gəzir ki, Amber və Conni özəl, dəbdəbəli Hollivud toyu etmək istəmir.

Yeri gəlmişkən Conni deyilənə görə şəxsi adasını nişanlısının şərəfinə “Amber Körfəzi”adlandırıb.

Conninin evlilik təklifi etməsi, nikah mərasimi üçün sevgilisinin adını daşıyan ada əla yerdir.

Yəqin ki, Conni Amberə məhs bu adada evlilik təklifi edib.
XS
SM
MD
LG