Hyuston yaxınlığında yerləşən NASA-nın Conson Fəza Mərkəzi (Johnson Space Center) 50 ildən çoxdur kosmik fəzanın öyrənilməsində aparıcı rol oynayır. İndi isə mərkəzdə Marsa insanın göndərilməsi layhəsi üzərində işləyirlər. Növbəti reportajda insanın kosmik fəzaya uçuşlarının tarixinə və mərkəzin bu günü və gələcəyinə nəzər salınır.
1961-ci ildən bəri Conson Fəza Mərkəzi, və ya qısaca JSC NASA-ının insanların kosmosa uçuşlarının koordinasiya edildiyi yerdir.
Mərkəzin əsas funksiyası kosmik missiyaları planlaşdırıb, lnlara nəzarəti həyata keçirməkdən ibarətdir. Gemini, Apolli və Skylab layihələrindən tutmuş beynəlxalq fəza stansiyasına kimi NASA-ın bütün missiyaları Missiyaların İdarəetmə Mərkəzindən idarə olunub. Holl Raydinqs uçuşlar üzrə direktordur.
“Missiyaların İdarəetmə Mərkəzi 60-cı illərin əvvəlindən fəaliyyət göstərir və ABŞ-dan kosmosa insanın uçuşlarını dəstəkləyib. Biz hələ də o binadan istifadə edirik. Hazırda kosmosda 6 astronavt və kosmonavtımız var. İndi isə o binadakı komanda uçuş direktoru ilə birgə onlara dəstək verir,” deyə o bildirir.
Conson Fəza Mərkəzinin başqa bir funksiyası da NASA astronavtlarını seçib onları hazırlamaqdan ibarətdir. Hər bir NASA astronavtı kosmosa uçuşdan öncə ən müasir obyektlərdə ciddi təlimlər keçir.
"Bu bina bizim maket təlim müəssisəsidir. Burada beynəlxalq fəza stansiyasının hissələri var və siz hər şeyin necə işlədiyi haqda təsəvvür əldə edə bilərsiniz. Biz bu modullarda təcili hallarda lazım olan təlimlər keçirik ki, kosmik stansiyada bir problem olsa ekipaj nə etməli olduğunu bilsin,” deyə Raydinqs bildirir.
Neytral Üzən Laboratoriya kosmik uçuşlarda çəkisizlik şəraitinin simulasiya edildiyi böyük bir hovuzdur. Astronavtlar kosmik stansiyanın əsl ölçüsündə olan modulunda kosmik gəzintini məşq edə bilərlər.
Beynəlxalq fəza stansiyasının ekipaj üzvlərinə 24 saat dəstək verməklə yanaşı, Conson Fəza Mərkəzi NASA-nın Orion kosmik gəmisinin ekipajının yaşadığı hissəsini konstruksiya edir. Məqsəd isə Orion kosmik gəmisi ilə insanları daha da uzağa göndərmək və kosmik fəzanın öyrənilməsində yeri dövrə daxil olmaqdır.
Hər şey gözlənildiyi kimi olsa NASA 2030-cu illərdə Orion kosmik gəmisi ilə Marsa insan göndərməyi planlaşdırır.