Accessibility links

Ürək dayanmasında ilkin yardım [Video]


Ürək dayanması çox insanda baş verir və adətən ölümlə nəticələnir. Lakin Birləşmiş Ştatlar hökuməti insanların yaşamaq şansını artırmaq üçün müxtəlif yollar təklif edir.

Ürəyin döyüntüsü dayanan zaman hər bir saniyə dəyərlidir. “Ürək döyüntüsü birdən-birə dayanarsa və buna bir neçə dəqiqə ərzində müdaxilə edilməzsə, ölümlə nəticələnə bilər” deyə, Birləşmiş Ştatlar Tibb İnstitutunda “Kardioloji Prosedurları Komitəsi”nə nəzarət edən doktor Lens Beker bildirir.

Ürək dayanması infarkt olmasa da nəticəsi eyni ola bilər. İnfarkt ürəyə gedən arteriyanın tıxanması və qanın ürəyə çatmaması deməkdir. Lakin bu, insanın mütləq öləcəyi demək deyil. Ürək dayanması isə ürək döyüntüsündə ritmin pozulması səbəbindən baş verir. Əgər belə bir halda həmin insan xəstəxanaya çatdırılmırsa, xilas olmaq şansı 6 faizdən az olur.

Doktor Beker deyir ki, elə buna görə də, araşdırma qrupu xəstəxanalara, təcili yardım bölmələrinə və ictimaiyyətə bununla bağlı məsləhətlər verir. “Küçədə belə yardım etmək üçün Amerikanın hər yerində tam yardım sisteminin olması çox vacibdir.”

Buraya adi vətəndaşın küçədə ürək dayanması keçirən insanın ürəyinin yenidən vurması üçün ilkin yardım göstərməyi bacarması daxildir. Keçirilən təlimlər zamanı avtomatlaşdırılmış xarici defibrilyatordan, yəni normal ritmin qayıtması üçün elektrik şok verən cihazdan istifadə də öyrədilir.

Bundan başqa araşdırma qrupu ürək dayanması problemini yaxından izləmək və qarşısını almaq üçün qeydiyyata sistemi yaratmaq fikrindədir. “Buraya ilkin diaqnoz, xəstəxanaya çatdırılmaq, daha sonra müalicənin necə getdiyi görmək, daha çox inkişafa ehtiyac olub-olmadığını müəyyən etmək üçün məlumatların toplanması daxildir” deyə doktor Beker bildirir.

Hazırda amerikalıların yalnız 3 faizi bu təlimlərdən keçib və defibrilyatordan istifadə qaydalarını bilir. Doktor Beker deyir ki, inkişaf etməkdə olan ölkələrdə də ürək dayanması artdığına görə, həm hökumətlər, həm də beynəlxalq reanimasiya qrupları yardım sistemindən istifadənin marağındadır.

XS
SM
MD
LG