Accessibility links

COVAX peyvənd çatışmazlığı yaşayır


COVID peyvəndlərinin beynəlxalq səviyyədə ədalətli paylanması üçün COVAX beynəlxalq sxemi peyvənd çatışmazlığı yaşayır. Bu çatışmazlıq, əsasən peyvəndin Hindistanın daxilindəki tələblərə görə bir neçə aydır peyvəndlə bağlı qlobal öhdəliklərini yerinə yetirə bilməyən Serum İnstitutu ilə əlaqədardır.

UNICEF COVAX peyvəndlərini alır və lazım olan yerlərə çatdırır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Agentliyinin icraçı direktoru Henrietta Fiore ölkələri yalnız COVAX-a olan maliyyə öhdəliklərinə deyil, eyni zamanda artıq doza peyvəndləri “ehtiyac duyulan” ölkələrlə da paylaşmağa çağırıb.

Fiore Böyük Yeddilər ölkələri və Avropa İttifaqı üzvlərinin iyun, iyul və avqust aylarında mövcud tədarükünün yalnız 20-ni paylaşsalar, təqribən 153 milyon peyvənd dozası bağışlaya biləcəklərini deyib. ”Bunu öz əhalisinə peyvənd öhdəliklərini yerinə yetirməklə edə bilmək çox vacibdir” - deyə, o bildirib.

UNICEF rəhbəri COVAX-ın yaxın günlərdə peyvəndin 65 milyon dozasını paylayacağını, lakin bu rəqəmin azı 170 milyon olmalı olduğunu deyib. Böyük Yeddilərin liderləri gələn ay Btitaniyada toplanacaq və COVID-19-un ölümcül ikinci dalğası Hindistan və Cənubi Asiya qonşularının çoxunu əhatə etməyə davam edəcəyi üçün peyvənd çatışmazlığı 190 milyon dozaya yaxınlaşacaq.

Hindistan ölkənin qərb sahillərini vurması gözlənilən Tauktaye siklonuna hazırlaşır. Minlərlə insan evakuasiya edilib və bəzi bölgələrdə COVID peyvəndi proqramları bağlanıb. Həftələrdir yüz minlərlə insanın COVID-ə yoluxduğu Hindistanda indi siklon səbəbindən sığınacaqlara yerləşdirilən isanların infeksiyaya super-aktiv yoluxacağı qorxusu var. Belə ki, koronavirus insanların sıx olduğu yerlərdə asanlıqla yayılır.

Şərhlərə bax

XS
SM
MD
LG