Accessibility links

COVID-19-un gücləndirici dozalarının tətbiqinə çağırışlar artmaqdadır


Birləşmiş Ştatlar, İsrail və digər dövlətlərin səhiyyə rəsmiləri aylardır yaşlı əhali arasında COVID-19-un gücləndirici dozalarının tətbiqinə çağırır və bu çağırışlar indi bütün dünya boyu artmaqdadır. Bu məsələ Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlə bağlı 15 üzvdən ibarət Strateji Məsləhətçi Ekspertlər Qrupunun (SAGE) Cenevrədə keçirdiyi fövqəladə iclasında müzakirə edilib.

Hazırkı məlumatlar göstərir ki, COVID-19-a qarşı peyvəndlər xəstəliyin ağır formalarına qarşı güclü qorunmanı təmin edir. Bununla belə, ortaya çıxan sübutlar peyvəndlərin tətbiq olunduqdan təxminən altı ay sonra effektivliyini itirməyə başladığını göstərir. Bu, yaşlıları və əsas xəstəlikləri olan insanları xüsusi risk altında qoyur.

SAGE-in sədri Alehandro Kraviotonun dediyinə görə, ekspertlər qrupu gücləndirici dozanın risk altında olan insanları daha yüksək səviyyədə qoruduğu ilə razılaşıb. Bununla belə, o, dünyanın bir çox yerində peyvəndin az olduğunu qeyd edib və deyib ki, buster dozalarının tətbiqinin sürətləndirilməsi vaksin bərabərsizliyini artıra bilər.

Kravioto hazırkı infeksiyaların əksəriyyətinin peyvənd olunmamış insanlar arasında yayıldığını, onların əksəriyyətinin kasıb, inkişaf etməkdə olan ölkələrdə yaşadığını deyib.

“Hələlik biz - birincisi, peyvəndlərin paylanması və bölüşdürülməsində ədalətliliyə ehtiyac olduğunu və ikincisi isə üçüncü dozanın əvvəllər tövsiyə etdiyimiz insanlara tətbiq edilməsini dəstəkləyirik. İnaktiv peyvənd vuranlar və immuniteti zəif olanlar. Biz bu iki qrupa ilk vurduqları peyvəndin üçüncü dozası vurulmaqla qorunmalı olduğunu düşünürük" - deyə, o bildirib.

Kravioto görüş iştirakçılarının həmçinin COVID-ə qarşı tam qorunmaq üçün Pfizer və Moderna tərəfindən hazırlanmış peyvəndlər də olmaqla, müxtəlif peyvəndlərin qarışdırılması və uyğunlaşdırılmasının mümkünlüyünü də müzakirə etdiklərini deyib.

For national immunization programs, however, he said a different vaccine can be used for an additional third dose. This, if the vaccine used for the two primary shots is in short supply and unavailable.

Ölkə səviyyəsində immunizasiya proqramları üçün isə o, artıq tətbiq edilmiş iki əsas peyvənd olmadığı halda əlavə üçüncü doza üçün fərqli peyvənddən istifadə oluna biləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG