Accessibility links

COVİD rusiyalılar üçün artıq dilemma deyil


COVİD rusiyalılar üçün artıq dilemma deyil
please wait

No media source currently available

0:00 0:03:00 0:00

COVİD rusiyalılar üçün artıq dilemma deyil

Rusiyanın regional hökumətləri koronavirus məhdudiyyətlərinin ləğvinə dair artmaqda olan təzyiqlər altındadır. Belə ki, bizneslər davamlı şəkildə iqtisadi fəlakətlər barədə xəbərdarlıqlar yayır.

Marina Tazetdinova işinə başlamaq hazırlıqlar üçün gözəllik salonuna gedir.
Aylarla bağlı qalan bu Santk Peterburq salonunun sahibi müştərilərinin nə zaman dönəcəyini bilmədiyini deyir.

Daha bir gəlirsiz ay Marinanın biznesini iflsa uğrada bilər.

“Olduqca narahatam. Bəzi salonlar tamamilə bağlanıb. İnsanlar bu şəraitdə icarə, ləvazımat və işçilərin maaşlarını ödəyə bilmədiklərinə görə evlərindən çalışır. Çıxılmaz vəziyyət yaranıb.”

Tənəzzülün məsuliyyətini koronavirus səbəbiliə addıqları addımlarla regional hökumətlər məsuliyyət daşıyır. Sank Peterburqda bizneslər bağlansa da, evdə qalmaq icbari deyil.

Bu yaxınlarda şəhərdə maska taxılmasına göstəriş verilib. Şəhər küçələrində hadisələrə müxtəlif reaksiyalar verilir.

“Təşəbbüslər ümumilikdə yaxşı olsa da, pensiyada olan bir şəxs üçün hər şey bahadır. Dolanmaq mümkün deyil” - deyə, Sankt Peterburq sakini Larisa bildirib.

“Mənim nəzərimdə bunu edənlər bütün bunların arxasında nəyin durduğunu yaxşı bilir. İnsanları maska taxmağa məcbur edənlər başa salmalıdırlar ki, çox adam arasında olduqdan sonra maskalar çıxarılıb yenisi taxılmalıdır” - deyə, digər bir sakin, Aleksey bildirib.

Rusiyada ən ağır təsir Moskvada müşahidə edilir. Moskvalılar iki aydan çoxdur evlərindən cıxmır.

“Rusiya boyu epidemiyanın yayılma halları Moskvada olduğundan daha azdır. Xəstələrin 60 faizi Moskva metropoliteninin payına düşür. Regionlarda xəstələr daha azdır”, iqtisadçı Natalya Vuzareviç deyib.

Regionlarda xəstələrin sayı az ola bilər, lakin iqtisadi durum sevindirici deyil.
Vladiqafqazda bu yaxınlarda qapanmalara etiraz edən 2 minə yaxın nümayişçi ilə polis arasında qarşıdurma olub.

“Şimali Qafqaz Respublikasında kiçik ticarət deyilən bir çox şey var. Olduqca sadə bazarlar, kiçik supermarketlər var. Xalq Putindən "işləmirik" sözünü eşitdikdən sonra etiraza qalxdı. Bunlara 'qeyri-iş günləri' deyilir, eyni zamanda insanlar ailələrini dolandırmaq məcburiyyətindədir”, Natalya Vuzareviç deyib.

Böhranın nə zaman başa çatacağını heç kim bilmir.

Digər ölkələrdə olduğu kimi rusiyalılar da gözəgörünməz təhlükədən qorunmaq və dolanışıq arasındakı çıxılmaz vəziyyətdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG