Cənubi Koreya prezidenti Pak Qın-henin hakimiyyətdən devrilməsi ilə nəticələnən böyük korrupsiya skandalına səbəb olan sirdaşı 20 il müddətinə azadlıqdan məhrum edilib.
Çoy Sun-silə çərşənbə axşamı Seulun Mərkəzi Rayon Məhkəməsində vəzifədən sui-istifadə, rüşvətxorluq və dövlət işlərinə müdaxilə ittihamları ilə əlaqədar hökm oxunub.
Məhkəmə həmçinin Çoya təxminən 17 milyon dollarlıq cərimə tətbiq edib.
63 yaşlı Çoy hökümətdə heç bir vəzifyə sahib olmasına baxmayaraq, nüfuzundan istifadə edərək Parka təsir göstərməkdə ittiham olunub.
Rüşvətxorluq, səlahiyyətlərindən sui-istifadə, məcbur etmə və hökümət sirlərinin paylaşılmasında ittiham olunan Park hazırda həbsdədir və məhkəməyə çıxarılmağı gözləyir.