Accessibility links

CPJ: Ən çox jurnalist Suriya və Fransada öldürülüb


Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) bildirir ki, 2015 dünya mətbuat nümayəndələri üçün ən ölümcül illərdən biri olub. 69 jurnalist iş başında ölüb. Nüfuzlu jurnalizm qurumuna əsasən son 10 ildən yalnız 6-da öldürülən jurnalistləri sayı 60-ı ötüb. Bu rəqəmə işlərinə görə hədəf alınan, habelə döyüş meydanında və ya təhlükəli yerlərində peşə borcunu yerinə yetirən zaman ölən jurnalistlər daxildir.

İraq və Suriya kimi yerlərdə jurnalistlərin ölümünü araşdırmaq çox çətindir, çünki orada zorakılıq ifrat dərəcədə çoxdur, məlumat mənbələri isə az.

Ardıcıl olaraq dördüncü ildir ki, Suriyada həlak olan jurnalistlərin sayı CPJ-ın siyahısına daxil olur. Hazırda bu rəqəm 13-dür və ötən illə müqayisədə xeyli azalıb. 2012-ci ildə Suriyada 31, 2013-cü ildə 29, 2014-cü ildə isə 17 nəfər həyatlarını itirib.

Lakin təkcə rəqəmlər reallığı dolğun əks etdirmir. CPJ bildirir ki, Suriyada bu rəqəmin azalmasını ölkədə işləyən jurnalistlərin sayı ilə də əlaqələndirmək olar ki, buna səbəb həm beynəlxalq xəbər agentliklərinin oraya müxbir göndərməmək qərarı, habelə yerli jurnalistlərin ölkədən qaçması ola bilər.

Bundan əlavə, bütün regionda belə bir hal da var kİ, bəzi jurnalistlər ya itkin düşüb ya da öldükləri təsdiq oluna bilmir.

“İraq və Suriya kimi yerlərdə jurnalistlərin ölümünü araşdırmaq çox çətindir, çünki orada zorakılıq ifrat dərəcədə çoxdur, məlumat mənbələri isə az,” deyə CPJ-dən Kourtni Radş deyir.

CPJ İraqın Mosul şəhərində itkin düşən, ölən və ya İŞİD tərəfindən əsir alınan 35 jurnalistin işi üzərində araşdırma aparıb, ancaq sadəcə bir neçəsinin öldüyünü təsdiq edə bilib.

Fransa da siyahıya daxil olub

2015-ci ildə öldürülən 65 jurnalistdən 28-I yəni təxribən 40 faizi İslam Dövləti qrupu və əl-Qaidə tərəfindən öldürülüb. Onlardan 9-u Fransada öldürülüb: səkkizi yanvar ayının 7-də satirik jurnal Charlie Hebdonun offisində, biri isə noyabrın 13-də silahlı çəxlər Parisdə Bataclan Teatrında hücum həyata keçirdiyi zaman konsertdən reportaj hazırlayan zaman öldürülüb.

Parisdə terroristlərin "Charlie Hebdo" dərgisinin redaksiyasına hücumu nəticəsində 12 adam qətlə yetirilib.
Parisdə terroristlərin "Charlie Hebdo" dərgisinin redaksiyasına hücumu nəticəsində 12 adam qətlə yetirilib.

Radşın sözlərinə görə, baxmayaraq ki, texnologiya inkişaf edib və bu, daha çox insanın jurnalistika ilə məşğul olmasına imkna yaradıb, peşəkar jurnalistlər cəmiyyətdə hələ də imtiyazlı rola sahibdir ki, buna bir nümunə Charlie Hebdo karikaturistlərinin öldürülməsidir. O deyir ki, jurnalistlər olduqları hər bir yerdə hətta ofislərində belə təhlükə altındadırlar.

“Onlar qırmızı xətti keçir, sosial sərhədləri keçir,” deyə Radş bildirir. “Biz həmçinin anlamalıyıq ki, bu hücumlara reaksiya da jurnalistləri təhlükəyə atır.”

Bütün dünyada isə bu il öldürülən jurnalistlərin üçdə ikisindən çoxu “gördükləri işə cavab” olaraq qətlə yetiriliblər. CPJ bu rəqəmin “tarixi ortalama” ilə eyni olduğunu, amma faiz olaraq son beş illə müqayisədə daha yüksək olduğunu bildirir.

Yüksək senzura

Qurban gedən jurnalistlərin ən çox toxunduğu məsələlər siyasət, müharibə və insan haqları olub.

CPJ-in direktoru deyir ki, öldürülən jurnalistlərə bağlı hesabat dünyada təqyiq altında olan mətbuat azadlığı ilə bağlı hekayənin bir hissəsidir.

Bundan əlavə CPJ öldürülən 28 jurnalistin qətlə yetirilmədən öncə təhdid edildiyini bildirir. Qurban gedən jurnalistlərin ən çox toxunduğu məsələlər siyasət, müharibə və insan haqları olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG