Accessibility links

Dünya şəhərlərində irqçiliyə qarşı etirazlar keçirilib


Bazar günü də minlərlə insan "Qaraların Həyatı Mühümdür" hərəkatına dəstək vermək üçün Avropa şəhərlərinin küçələrinə çıxıb. İngiltərənin Bristol limanında ölkənin müstəmləkə tarixinə hiddətlənmiş etirazçılar 17-ci əsr qul tacirinin heykəlini yıxıb.

Edvard Kolstonun heykəlinə ip bağlayan nümayişçilər heykəli etirazçıların alqışları altında yıxıb.

Sosial mediada yayılan görüntülərdə dünya boyu irqçilik və polis zorakılığına qarşı etiraz nümayişlərinə səbəb olan mayın 25-də Minnesota ştatında Corc Floydun ölümünü xatırladaraq, nümayişçilərin dizlərini heykəlin boynuna qoyduqları nümayiş etdirilib.

Qaradərili Floyd əllərində qandal yerə uzadılmasına və nəfəs ala bilmədiyini deməsinə baxmayaraq, Minneapolis polis zabiti dizini onun boynunda saxlamağı davam etdikdən sonra ölüb.

Etirazçılar Bristolda yıxdıqları heykəli itələyərək, suya atıb.

Bazar günü hədəf alınan təkcə bu heykəl olmayıb. Sosial mediada yayımlanan videoda Brüsseldəki etirazçıların keçmiş kral İkinci Leopoldun heykəlinə dırmaşaraq, "kompensasiya" qışqırdığı nümayış etdirilib. Abidənin üzərində "utanc" sözünün yazılması isə belə görünür, kralın deyilənə görə 10 milyon konqolunun kütləvi qırğınına görə məsuliyyət daşıdığına işarə edir.

Etirazçılar eləcə də Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin heykəlinə də zərər vurub. Onun adının üzərinə rəngli boya ilə "irqçi", heykəlin orta hissəsində isə "Qaraların Həyatı Mühümdür" sözləri yazılıb.

XS
SM
MD
LG