Britaniyanın baş naziri Boris Conson cümə günü BBC televiziya kanalına müsahibədə deyib ki, hökümət koronavirus pandemiyasının “ilk həftələri və aylarında” virusun mürəkkəbliyini anlamırdı.
Conson deyib ki, “bəlkə də, bizim başda görmədiyimiz yeganə şey virusun asimptomatik şəkildə bir insandan başqasına keçə bilməsi idi.”
“Biz ilkin mərhələdə virusa qarşı gördüyümüz cavab tədbirlərindən çox şey öyrənməliyik,” COVID-19-dan sağalan Conson deyib.
“Bəlkə də, bizim fərqli etməli olduğumuz şeylər var idi,” o söyləyib.
Cons Hopkins Universitetinin məlumatına görə, Britaniyada 300,000-ə yaxın yoluxma və təxminən 46,000 ölüm halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Cenevrədəki brifinq zamanı xəbərdarlıq edir ki, pandemiya olmayan zamanlarda hara getmək, nə etmək və kiminlə görüşmək kimi bəsit qərarlar pandemiya dövründə “ölümlə həyat” arasında bir seçimə çevrilib.
“Bu sizin həyatınız olmaya bilər, amma sizin seçimləriniz sevdiyiniz bir insanın və ya tamamilə sizə yad bir insan üçün həyatla ölüm arasındakə fərqə çevrilə bilər”, o deyib.
Tedros həmçinin ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu həftənin əvvəli Tedrosun Çin tərəfindən “alındığını” və insanların koronavirus pandemiyasından ölməsində səbəb olduğuna dair sözlərinə cavab verib.
“Bu cür şərhlər ÜST-ü yayındırmayacaq və biz beynəlxalq ictimaiyyətin fikrini yayındırmağını istəmirik. Bizin üzləşdiyimiz ən böyük təhlükə pandemiyanın siyasiləşdirilməyə davam etməsidir. Siyasət və kor-koranə tərəfdarlıq vəziyyəti pisləşdirib,” ÜST sədri deyib.
Ümumdünya Səhiyyə Təşkilatı cümə günü dünya boyu infeksiyaların son 24 saat ərzində 284,196 artdığını bildirib. ÜST həmçinin son 24 saatda 9753 yeni ölüm halının qeydə alındığını bildirib ki, bu 30 apreldən bəri ən yüksək rəqəmdir.
Vyetnam vəhşi heyvanların və vəhşi heyvan məhsullarının satışına qadağa tətbiq edib. Qadağa bazarların bu məhsulların satmasının qarşısını alır. Bu addım başqa bir pandemiyanın qarşısını almaq məqsədi daşıyır. Koronaviruun Çində vəhşi heyvan bazarında meydana gəldiyi deyilir.