Accessibility links

Dünyanı necə və nə vaxt normal həyata qayıdış düşündürür


Pandemiya ilə bağlı məhdudiyyətlərinin azaldılmasına dair qlobal səylərin gücləndirildiyi bir vaxt özəl təhlükəsizlik və özəl azadlıqlar arasında balans məsələsi problemə çevrilib.

ABŞ-ın Tennessi ştatı Amerikanın 50 ştatı arasında virusa yoluxma hallarına görə 20-ci, ölüm hallarına görə isə 30-cu yerdədir.

Tennessi qubernatorunun mart ayının ortalarından bəri “evdə qal” göstərişi aprelin 30-da başa çatıb. Bu ştat bizneslərin açılışı tələbi ilə etirazlara da səhnə olmuşdu.

Ötən həftə Tennessidə sosial məsafə qaydalarına yüngülləşmələr tətbiq etməklə, restoranlar və pərakəndə satış mağazalarının fəaliyyətinin bərpasına icazə verilib.

Ötən cümə günündən bəri ABŞ-ın bütün ştatlarında məhdudiyyətlərin bir qismi yüngülləşdirilib.

Tennessidə koronavirusa yoluxma halları ən çox 3 şəhərdə - Memfis, Neşvil və Noksvildə yayılıb. Dağlıq bölgələrdə yoluxma halları daha azdır.

Bu ştatda indiyədək 20 min yoluxma, 336 ölüm halı qeydə alınıb.

Dünyada virusa yoluxanların sayı 5.4 milyondan çoxdur. İndiyədək dünyada virus səbəbi ilə 345 min insan həyatını itirib.

ABŞ yoluxma hallarına görə birinciliyini saxlamaqdadır. Amerikada 1.6 milyon yoluxma və 97 700-dən çox ölüm halı qeydə alınıb.

ABŞ-ın bütün ştatlarında olduğu kimi bu ştatda da işsizlik səviyyəsi artıb.

Tennessidə işsizlik bu gün 14.% faiz təşkil edir.

Son 9 həftə ərzində ABŞ-da 38.6 milyon insan işsizlik müavinətinə müraciət edib. Bu isə hər 4 nəfərdən 1-nin işsiz olduğu deməkdir.

Tramp administrasiyası gələn həftələr ərzində işsizliyin 25 faizə çata biləcəyini proqnozlaşdırır.

Ümumdünya Səhiyyə Təşkilatı hər 5 nəfərdən 1-də COVID-19 səbəbilə ağır xəstəlik müşahidə ediləcəyini bildirib. Onların 80 faizinin xəstəxanaya müracət etmədən sağalacağı düşünülür.

Təşkilatın məlumatlandırma səhifəsində “hər kəsin COVID-19 yoluxa və xəstəliyin ağır forması ilə üzləşə biləcəyi” yazılıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG