Accessibility links

Dünya boyu sürətlə yayılan koronavirusa qarşı mübarizə aparılır


Çərşənbə günü səhər erkən saatlarda işçi Tehranda bir ictimai avtobusu koronavirusa qarşı dezinfeksiya edir. 26 Fevral 2020-ci il

İran, İtaliya, Cənubi Koreya və digər ölkələrdə koronavirusun sürətlə yayılması dünya boyu hökumətlər və insanları təcili tədbirlər həyata keçirməyə tələsdirir.

Son 24 saat ərzində ilk dəfə olaraq dünyada koronavirusa yoluxanların sayı Çində virusa yoluxanların sayını ötüb. Xəstəliyin iki ay öncə aşkar olduğu Çində xəstəliyə qarşı aparılan ciddi mübarizə nəticəsində yoluxmaların sayı azalıb.

Çindən kənarda virusdan ölənlərin sayına görə çoxluq təşikl edən İranda yoluxmaların sayı 245-ə çatdığı bildirirlir. İranın IRNA xəbər agentliyi cümə axşamı yaydığı məlumatda bildirilib ki, İran Çin vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Hazırda 200 yoluxma halının təsdiqləndiyi Yaponiyada mütəxəssilərin xüsusi narahatlığına səbəb olan bir yoluxma halı qeydə alınıb. Belə ki, bir qadın tur bələdçisində ikinci dəfə koronavirus aşkarlanıb. Bu hazırda dünyada baş verən nadir yoluxma hallarından biridir.

Tokio iki həftə müddətinə böyük toplantıları və idman tədbirlərini təxirə salıb. Məktəblər erkən tətilə buraxılıb. Lakin onlar 2020 Tokio Yay Olimiya Oyunlarını həyata keçirməyi planlaşdırır, çünki bu tədbirin təxirə salınması və ya məkanının yerdəyişməsi Yaponiya üçün böyük zərbə olacaq.

Koronavirus əsasən Çində yayılıb. Orada 78.596 yoluxma və 2.746 ölüm halları qeydə alınıb. Lakin xəstəlik 44 ölkəyə yayılıb və dünya boyu artıq 3.246 nəfər virusa yoluxub, 51 nəfər isə həyatını itirib.

Xəstəliyin dünya boyu yayılmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı hələ ki, koronavirusu pandemiya adlandırmayıb.

XS
SM
MD
LG