Accessibility links

3D çap olunan şokolad [Video]


3D çap olunan şokolad
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Robotlardan tutmuş oyunlar və şirniyyat məhsullarına kimi getdikcə daha çox məhsul 3D çap olunur. İndi isə 3D printerlə ərinmiş şokoladı sənət əsərinə çevirmək mümkündür.

Bir plitka şokoladı yavaşca əridib, 3D printerinə töksəniz, ondan demək olar istədiyiniz hər şeyi düzəldə bilərsiniz.

3D şokolad
3D şokolad

“Məsələ ondadır ki, 3D printerlərlə biz ənənəvi yolla şokoladdan düzəldə bilmədiyimiz formaları əldə edirik. 3D şokolad printerləri şokolad və şirniyyat hazırlayanalara yaradılıcıqlarını ifadə etmək üçün şokoloddan yeni formalar düzəltmməyə imkan yaradır".

Yeni nəsil şokolad printerləri ilə şokolada qeyri-adi forma vermək üçün yeganə məhdudiyyət sənətkar və ya aşpazın fantaziyasıdır.

“Adətən bu parçanı 3D printerdən başqa heç bir yolla düzəltmək mümkün deyil, çünki bunun körpüləri var. Bu formanı başqa heç cür əldə etmək mümkün deyil. Bu parçanın qeyri-adi keyfiyyəti var və bunu görən hər bir şokolad düzəldən insan “Wow? Bunu necə hazırladınız? Bu necə də hamardır, 3D printerlərinin xətləri demək olar görünmür. Bu qeyri-adidir” deyir.

Dünyanın şokolad mərkəzlərindən biri sayılan Belçikada bu printerlər şokoladın hazırlanma və reklam edilmə yolunu dəyişir.

Məsələ ondadır ki, 3D printerlərlə biz ənənəvi yolla şokoladdan düzəldə bilmədiyimiz formaları əldə edirik. 3D şokolad printerləri şokolad və şirniyyat hazırlayanalara yaradılıcıqlarını ifadə etmək üçün şokoloddan yeni formalar düzəltmməyə imkan yaradır.

3D printerin isitifadə etdiyi üsullar hətta uzun illərdir şokolad düzəldən insanlarda belə maraq oyadıb.

“3D çap çox maraqlıdır, çünki ənənəvi üsulla məhdud formalar düzəldə bilirdik, amma 3D printerlərlə çox xüsusi formalar hazırlayırıq. Digər tərəfdən isə 3D printerlər texniki cəhətdən mürəkkəbdir, çünki şokoladı çap etmədən öncə istədiyin formanı komyuterdə hazırlamaq lazımdır. Buna baxmayaraq bu üsul çox maraqlıdır.”

Le Miam fabrikində 3D printeri vasitəsilə şokolad dovşanlardan tutmuş, yolkalar və şokolad pivə butulkalarına kimi bir çox forma düzəldilib, amma fabrikin sahibləri istehsallarını artıq bütün Belçikaya yaymaq istədiklərini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG