Accessibility links

Dağlıq Qarabağda minaların təmizlənməsi işləri davam etdirilir


Dağlıq Qarabağ münaqişə zonasında minlardan təmizlənmə işləri davam etdirilir.

Münaqişə zonasında ermənilərin yaşadığı ərazilərdə Rusiya Müdafiə Nazirliyinin minaaxtaranları, Azərbaycanın digər ərazilərində isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatında deyilir ki, son gün ərzində 15 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 4 ədəd piyada əleyhinə mina, boru şəkilli partlayıcı yük (100 metr) və 5 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 86 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu nazirliyin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində və Laçın dəhlizində son gün ərzində 6,5 hektar ərazini təmizləyib, 787 partlayıcı maddə aşkar edib.

23 noyabr 2020-ci ildən etibarən Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 446,4 hektar ərazidə, 165 kilometr yolda, 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla 618 yaşayış binasında aşkar edilmiş 22 min 542 partlayıcı maddə zərərsizləşdirib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

2021-ci ilin yanvarında Ağdam şəhərində Türkiyə-Rusiya Monitorinq Mərkəziinin fəaliyyətə başlayacağı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG