Accessibility links

Elmar Məmmədyarov: Status məsələsini qaldırmaq sülh prosesini məhv etməkdir


Elmar Məmmədyarov və İqor Çrnadakla

"Ermənistan tərəfindən belə xoşagəlməz bəyanatların səsləndirilməsi sülh prosesinə mənfi təsir edir. Prezidentlərin Sankt-Peterburq görüşündə də, Nyu-Yorkda həmsədrlərlə birgə keçirilmiş görüşdə də biz müzakirələr aparmışıq ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdırlar".

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakla birgə mətbuat konfransında jurnalistlərin Ermənistan prezidentinin mətbuat katibinin “Dağlıq Qarabağ ya müstəqil olmalı, ya da Ermənistana birləşdirilməlidir” bəyanatı ilə bağlı sualının cavabında bildirib.

Nazir deyib ki, Dağlıq Qarabağın status ilə bağlı məsələyə gəldikdə, müxtəlif fikirlər səsləndirilir.

“Hamıya məlumdur ki, status məsələsini qaldırmaq sülh prosesini məhv etmək deməkdir. Növbəti mərhələdə biz deyə bilərik ki, Dağlıq Qarabağın azərbaycanlı icması da öz torpaqlarına qayıtsın, sonra status müzakirə oluna bilər. Çünki azərbaycanlı icmasız status məsələsini müəyyənləşdirmək mümkün deyildir. Yenə deyirəm, status məsələsini qaldırmaq sülh prosesini məhv etməkdir. Bu tip bəyanatlar sülh prosesinə mənfi təsir edir. Biz bir neçə dəfə açıqlama vermişik ki, biz imitasiya xarakterli danışıqlar aparmaq niyyətində deyilik. Biz sülh danışıqları üzərində işləməliyik. Fransa tərəfindən Hamburqda görüş təklifinə Ermənistan hələ də cavab verməyib. Bu o deməkdir ki, onlar ümumiyyətlə sülh prosesinə də dəstək vermirlər”, o qeyd edib.

XS
SM
MD
LG