Accessibility links

Debaltsevo sakinləri geri qayıdır [Video]


Debaltsevo sakinləri geri qayıdır
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Keçən ay Ukraynanın şərqindəki ağır döyüşlər zamanı yüzlərlə yaşayış binasının dağıldığı və sakinlərinin qaçmağa məcbur olduğu Debaltsevo şəhərində bərpa işlərinə başlanılıb. Rusiya tərəfdarı separatçılar bu şəhərə nəzarəti fevral ayında, Kiyev hökuməti ilə atəşkəs razılığı imzalandıqdan sonra ələ alıb.

Rusiyapərəst separatçıların keçən ay nəzarətini ələ aldığı Debaltsevoda Donetsk Xalq Respublikasının bayrağı asılıb. Zirzəmilərdə gizlənən şəhər sakinləri evlərinə qayıdır.

Festivalnaya məhəlləsində yaşayan təqaüdçü Mariya qırılıb-tökülən pəncərələrini təmir etməyə çalışır. Onun darvazasında “Burada insanlar yaşayır, əsgərlər yox” sözləri yazılıb. “Bizim ancaq bir sualımız var, nəyə görə onlar insanlar yaşayan evlərə atəş açır? Kimdir atanlar? Çünki burada nə Ukrayna, nə də Rusiyapərəst əsgərlər var.”

Şəhərin kənarında Ukrayna ordusundan qalan dağılmış tanklar durub. Ukrayna hərbi qüvvələri şəhəri separatçıların əlindən almaq istəyərkən, bura həftələrlə güclü raket və Qrad atəşlərinə məruz qalıb. Yüzlərlə ev yerlə yeksan olub.

Hazırda isə, nisbətən sakit bir vaxtda sakinlər gələcəyə baxır. Həyatlarını davam etdirmək üçün dağıntıları təmizləməyə, pəncərələri təmir etməyə çalışırlar.

Eliza deyir ki, hələ də yerin altında yaşayan insanlar var. Raket səslərinin kəsilməsinə baxmayaraq, o pis eşitməsindən şikayətlənir. “Biz zirzəmidə bir aydan çox qaldıq. Biz odun altında idik. Biz oradan çıxmağa qorxurduq, Biz Qrad səsləri eşidirdik. Bizə ərzaq çatmırdı.”

Debaltsevonun böyük hissəsində su və qazın olmamasına baxmayaraq, son iki həftə ərzində şəhərə 10 mindən çox sakin qayıdıb.

Dmitri adlı sakin separatçıların Debaltsevonu azad etdiyini deyir. “Mənim fikrimcə bütün baş verənlərdən sonra Ukraynanı cəmi 3 faizdən az insan dəstəkləyir. Çoxları Ukraynanı istəmir.”

Donetsk Xalq Respublikası indi pensiyaları özü ödəyir, tikinti materialları ilə özü təmin edir.

İnsanlar Rusiya Federasiyasından göndərilən yardımı almaq üçün yardım mərkəzində uzun növbələrdə dayanır.

“Vəziyyət getdikcə düzəlir. Uşaq bağçalarından biri də açılıb və orada artıq 33 uşaq var. Aprel ayının 1-dən bütün məktəblər də açılacaq. Debelstovanın 50 faizdən çox hissəsində işıq və su var.” deyə, yardım işçisi Tatyana bildirir.

Lakin buradakı nikbinliyə baxmayaraq, sakinlər 6 mindən çox insanın həyatına son qoyan münaqişənin yenidən başlana biləcəyindən narahatdır.

XS
SM
MD
LG