Accessibility links

Əkbər Türkan: İran Azərbaycanla Ermənistan arasındakı tranzit dəmir yolu xəttinin açılmasına çalışır


Cənubi Qafqaz regionunun xəritəsi
Cənubi Qafqaz regionunun xəritəsi

Ermənistan və Azərbaycan arasındakı müharibə Culfa bölgəsində iqtisadi tənəzzülə səbəb olub

“İran Azərbaycan Respublikası və Ermənistan arasındakı tranzit dəmir yolu xəttinin açılması üçün səylərini davam etdirir”. APA agentliyinin məlumatına görə, bunu İranın azad zonalar və xüsusi iqtisadi bölgələr üzrə koordinasiya şurasının katibi Əkbər Türkan bildirib.

Onun sözlərinə görə, bunda məqsəd regional tranzit potensiallarının ən yaxşı şəkildə istifadə edilməsidir: “Bu dəmir yolu xətti tranzit nəqliyyat üçün açılacağı təqdirdə hər üç ölkənin sərhəd bölgələrində, həmçinin regionda mühüm inkişaf baş verəcək. Ermənistan və Azərbaycan respublikaları arasındakı müharibə Culfa bölgəsində (İran Culfası nəzərdə tutulur-red) iqtisadi tənəzzülə səbəb olub. Ermənistanla Azərbaycan arasındakı dəmir yolu xətti ciddi bir potensiala sahibdir. Çünki bu dəmir yolu vasitəsilə Qara dənizə bağlanaraq Rusiya və Avropaya qədər uzana bilmək mümkündür”.

Ə.Türkan, həmçinin deyib ki, İran regional problemlərin siyasi yolla və bölgə ölkələrinin əməkdaşlığı vasitəsilə həllinə inanır: “Bölgə ölkələri arasında ixtilafların həlli regionun da hər cəhətdən inkişafı və rifahına vəsilə olacaq”.
XS
SM
MD
LG