Accessibility links

ABŞ prezidentliyinə demokrat namizədlərin forumu keçirilib


ABŞ prezidentliyinə demokrat namizədlər Ayova ştatında gənclər və azlıqların iştirakı ilə keçirilən foruma qatılıb. Forumda mühacirət də daxil ediməklə, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sabiq dövlət katibi Hillari Klinton və senator Berni Sanders fevralın 1-də kokus keçiriləcək bu ştatda demək olar ki, bərabər dəstəyə malikdir.

Reydlər mühacirət qanunlarının həyata keçirilməsi üçün yaxşı üsul deyil

NBC/The Wall Street Journal/Maristin keçirdiyi rəy sorğularına görə, kokus iştirakçıları Klintona 48, Sandersə 45 faiz dəstək verməlidir.

Mühacirət məsələsinə dair sualı cavablandıran Klinton qanunsuz mühacirlərin deportasiyasının əleyhinə olduğunu deyib.

"Reydlər mühacirət qanunlarının həyata keçirilməsi üçün yaxşı üsul deyil. Bu, parçalama metodu olmaqla yanaşı, qorxu və fəsad deməkdir"-deyə xanım Klinton bildirib.

İki aparıcı namizəddən sonra 3-cü yerdə olan Meriland ştatının qubernatoru Martin Omalli eyni sualın cavabında uşaqların deportasiyasına qarşı çıxıdığını bildirib.

"Biz qatil qansterlərdən qaçan qadın və uşaqları Mərkəzi Amerikaya geri göndərməməliyik”- deyə Martin Omalli deyib.

Klinton zəngin amerikalıların vergi ödənişlərinə dair planını da açıqlayıb.O, deyib ki, multimilyonçular orta sinif amerikalılarla bərabər vergi ödəməməlidir.

Biz qatil qansterlərdən qaçan qadın və uşaqları Mərkəzi Amerikaya geri göndərməməliyik

Silahlara nəzarət qanunlarına gəldikdə isə Sanders silah istehsalçıları və silah sahibkarlarına toxunulmazlıq verilməsinə dair 2005- il qanununu dəstəklədiyini müdafiə edib. Lakin o, prezident Barak Obamanın silah zorakılıqlarına mane olunmasına dair sərəncamını dəstəklədiyini bildirib.

Nyu Hempşirdə keçirilən rəy sorğularına görə, seçicilərin 50 faizi Hillari Klinton, 46 faizi isə Sendersi dəstəkləyir.

Demokrat namizədlər Des Moinesdə keçirilən forumda Afrika və Latın mənşəli amerikalıların suallarını çavablandırıb.

XS
SM
MD
LG