Accessibility links

Demokrat namizədlərin debatında mühacirət diqqət mərkəzində olub


Democrat namizədlər Berni Sanders və Hillary Klinton Florida ştatında debat zamanı
Democrat namizədlər Berni Sanders və Hillary Klinton Florida ştatında debat zamanı

Demokrat partiyasından prezidentliyə namizədlər Hillari Klinton və Berni Sanders Florida ştatında keçirilən növbəti debat zamanı mühacirət islahatları sahəsində kimin daha uğurlu siyasət yeritdiyi məsələsini müzakirə edib.

Mühacirət ispan mənşəli amerikalıların böyük icmasının yaşadığı Florida ştatında xüsusi önəm daşıyır.

Həm senator Berni Sanders, həm də keçmiş dövlət katibi Hillari Klinton qeyri-qanuni mühacirlərin deportasiyası əleyhinə çıxış edib.

Vermont senatoru Berni Sanders
Vermont senatoru Berni Sanders

Sanders və Klinton respublikaçı namizəd Donald Trampın mühacirət məsələsində mövqeyini rədd ediblər. Tramp Meksika ilə sərhəddə səddin çəkilməsi və Amerikada qeyri-qanuni yaşayan 11 milyon mühacirin deportasiyası edilməsini təklif edir.

Demokratların namizədlərin debate bir neçə gündən sonra Florida ştatında noyabr ayında partiyanı təmsil edəcək namizədi müəyyən edəcək mühüm praymeridən öncə keçirilib.

Demokrat namizəd Hillari Klinton
Demokrat namizəd Hillari Klinton

Sanders və Klinton Florida ilə yanaşı daha dörd ştatda praymeridə yarışacaq. Vermont senator bu həftə Miçiqan ştatında qələbədən sonra irəlidə gedən Klintona çatmağa çalışır.

Klinton partiyadan nominasiya almaq üçün nümayəndələrin yarıdan çoxunun səsini alsa da, Sanders Tramp üzərində qələbə çalmaq üçün özünün ən güclü namizəd olduğunu iddia edir.

XS
SM
MD
LG