Accessibility links

Nobel mükafatı laureatı: Cənab Ayətullah Xamneyi, İran övladlarını həbsdən azad edin


Desmont Tutu
Desmont Tutu
Sülh üzrə Nobel mükafatı laureatı, Cənubi Afrikada aparteidə qarşı hərəkatın rəhbərlərindən olmuş arxiyepiskop Desmond Tutu internetdə yaydığı video çarxda iranlılara və ölkənin dini rəhbərlərinə müraciət edib.

“Media forum” saytının məlumatına görə, Desmond Tutu İran xalqının azadlıq, ədalət və demokratiya uğrunda apardığı mübarizəni qiymətləndirib: “Üç il bundan əvvəl dünya milyonlarla iranlının ayağa qalxaraq istibdad və repressiyaya qarşı mübarizəyə başlamasının, demokratiya və insan hüquqları tələb etməsinin şahidi oldu. Sizin

İranda alışdırdığınız ümid işığı və qığılcımı hazırda bölgədə baş verən misli görünməmiş dəyişikliklərin ilhamçısı oldu.
Bir çox böyük xalqlar bu kimi mübarizəni təcrübə ediblər. Mübarizənin nəticə verməsi üçün bəzən on illər sərf olunur. Əgər Cənubi Afrika dəyişiklik yaratmağa nail oldusa,
demək bu dəyişikliyi digər yerlərdə də etmək mümkündür. Yolunuza davam edin. Unutmayın ki, gecənin ən qaranlıq vaxtı dan yerinin sökülməsindən əvvəlki saatlardır”.

Desmond Tutu İranın dini lideri ayətullah Xamneyiyə də müraciət edib: “Cənab ayətullah Xamneyi! Xalqın tələblərinə boyun əyin, İran övladlarını həbsdən azad edin. İran Məhkəmə Sisteminin rəisi ayətullah Sadıq Laricani, Evin zindanının qapılarını açın. İranın dini və ruhani rəhbərləri, din pərdəsi altında insanların həbsə salınmasına, işgəncə olunmasına və onlara qarşı cinayət törədilməsinə qarşı çıxın. Çünki bu kimi əməllər heç də islam dininin təlimlərini əks elətdirmir”.
XS
SM
MD
LG