Bir zamanlar Detroyta Motor şəhəri ləqəbi verən avtomobil şirkətlərini indi şəhərin hüqudlarında görmək müşkül olub. Şəhərin maliyyə böhranı avtomobil sənayesinin iflası ilə əlaqədardır.
20-ci əsrin ortalarında Detroytun Pakard avtomobil istehsalı bumu dövründə 40 min insanı işlə təmin etmişdi.
Yaxşı məvacib vədləri və iş bolluğu bir çoxlarını bu şəhərə cəlb etmişdi. 1960-cı illərdə Corc Makqreqor Tennessi ştatından buraya köçmüşdü. Bu gün o, United Auto Workers Local 22 yerli avtomobil işçiləri həmkarlar ittifaqının prezidentidir. “İlk dəfə buraya gəldikdə, şirkətlər insanlara yalvarırdı. Bir saatlıq məvacib 3 dollar 25 sent idi.”
Lakin Amerika maşınlara tələbat azaldıqca, xarici avtomobilllərə maraq artdıqca yalvarışlar da dayandırıldı.
Pakard şirkəti yoxa çıxdı, və bu nəhəng zavod süküta qərq oldu.
Bir zamanlar dünyanın ən böyük sənayesi olan avtomobil sənayesinin binaları Deytrotun uğurdan iflasa aparan yolunun tərənnümüdür. “Burada onlarla avtomobil zavodları var idi. Vaxt keçdikcə onlar bağlandı, indi isə yalnız biri qalır.”
İqtisadçı Erik Skorson Miçiqan universitetinin alimidir. Onun dediyinə görə, General Motors-un şəhərin mərkəzindəki əsas binaları tutmasına baxmayaraq, avtomobil sənayesi artıq şəhərin iqtisadiyyatında mühüm yeri tutmur. “Şəhərdə hazırda insanları işlə təmin edən sahə səhiyyə sektorudur.”
1950-ci illərdə 300 min zavod işçisi olan Detroyt 1.8 miylon sakinə malik idi. Bu gün Chrysler və GM şirkətlərinin cəmi 27 min iş yeri olan bu şəhərdə 700 mindən az insan yaşayır.
Makqregorun rəhbərlik etdiyi UAW Local 22 Detroit GM Hamtramck zavodunun işçilərini təmsil edir. O, burada çalışanların çoxunun şəhərdə yaşamadığını deyir. “50 faizi şəhərdə yaşayır. Qalan 50 faiz isə ətraf bölgələrdə məskunlaşıb.”
Makqregor onun da şəhəri tərk etmək kimi bir imkanı olduğunu deyir. Lakin o, qalmaq qərarına gəlib. Makqreqor şəhərin iflasa uğramasının belə onda peşmançılıq hissi yaratmadığını bildirir. "Mən burada qalmaq qərarına gəldim. Ümidvaram ki, hər şey yenidən bərpa olacaq.”
İqtisadçılar isə Detroytun əhalisinin əvvəlki səviyyəyə çatacağına şübhə edir. Hətta şəhərdə vəziyyət düzəlsə belə, ona “Motor şəhəri” adını qazanmaq asan olmayacaq.