Jay Nordlingerin "Müstəbidlərin Övladları: Diktatorların oğul və qızlarına nəzər" kitabı müsair eranın ən qəddar diktatorlarının övladlarından bəhs edir. Kitabda əks olunan 20 obraz sırasında Benito Mussolini, İosif Stalin, Pol Pot və Səddam Hüseyn kimi milyonlarla insanın erkən ölümünə bais olmuş tiranların varisləri yer alır. Müəllif Jay Nordlinger bu yaxınlarda Amerikanın Səsinin qonağı olub.
Əsgər Möhsümoğlu: Tiranlar, diktatorlar haqda çox kitablar yazılıb. Amma, mən bildiyimə görə, çox az adam onların övladları haqda kitab yazıb. Siz niyə bu mövzunu seçdiniz? Qüdrətli liderlərin uşaqları haqda bilməyin əhəmiyyəti nədir?
Jay Nordlinger: Bu mövzunu seçməyin əsas səbəbi elə bu haqda əvvəllər heç nəyin yazılmamasıdır. İndiyədək, diktatorlar haqda çox yazılmışdı, amma
Məni təəccübləndirən o oldu ki, bu uşaqların əksəriyyəti atalarına olduqca loyaldırlar. Mən aşkar etdiyimdən daha çox fikir ayrılığı gözləyirdim.
övladlar haqda yox. Fikrimcə bu, həyatın və tarixin maraqlı aspektidir. Bu uşaqların çoxu tarixin səhnəsində epizodik rollarda çıxış edirlər. Bununla belə, onlar maraqlıdırlar. Bəzən onlar özləri atalarını əvəzləməklə əsas oyunçulara çevrilirlər. Bu hal Şimali Koreyada iki dəfə, Suriyada bir dəfə, Haitidə və başqa ölkələrdə baş verib.
Əsgər Möhsümoğlu: Kitabda diktator övladlarının müxtəlif profillərini nəzərdən keçirirsiniz. Onlardan bəziləri ataları tərəfindən sevilir, bəzilərinə məhəl qoyulmur, bəziləri isə nifrətlə qarşılanır. Bununla belə, onlarda bir ümumi cəhət tapa bildinizmi?
Jay Nordlinger: Ümumi olanı odur ki, onlar diktatorun övladlarıdır. Bu, onların oxşar cəhətidir. O biri tərəfdən, hər kəs öz şəraitinə bir cür uyğunlaşır. Bu övladların əksəriyyəti atalarına loyaldır. Bir neçəsi atası ilə konfliktdədir, bəzi hallarda şübhə ifadə edir, hətta etiraz səsini ucaldır. Amma, əgər bu haqda açıq danışmırlarsa, onların daxili düşüncələrini bilmək müyəssər olmur. Onların ümumi cəhətinə gəldikdə isə bu, ataları ətrafında formalaşmış şəxsiyyətə pərəstiş kultu mühitində boya-başa çatmalarıdır.
Əsgər Möhsümoğlu: Aydındır ki, siz bu araşdırmaya çox səy qoymusunuz. Hər bir övladı ətraflı öyrənmisiniz. Sizin ən çox diqqətinizi cəlb edən, deyək ki, şoka salan, təəccübləndirən, hətta simpatiya yaradan hekayə hansı idi?
Jay Nordlinger: Bəli. Mənim üçün bütün hekayələr maraqlıdır. Məni təəccübləndirən o oldu ki, bu uşaqların əksəriyyəti atalarına olduqca loyaldırlar. Mən aşkar etdiyimdən daha çox fikir ayrılığı gözləyirdim. Ataları ilə razılaşmayn cüzi kəsimin hekayələri adamı riqqətə gətirir. Məsələn Stalinin qızı Svetlananın başna gələnlərdən təsirlənməyə bilmirsən. O, 1967-ci ildə Birləşmiş Ştartlara qaçmışdı. Yaxud Fidel Kastronun qızı Alina Fernandezi götürək. O, ABŞ-a 1993-cü ildə mühacirət etdi. O, Svetlananın kubalı variantıdır. General Toconun övladları maraqlıdır. Mussolininin övladları çox italyan, operatik bir həyat sürürlər – drama ilə dolu bir həyat. Pol Potun 60 yaşında qızı oldu. O, yaşı 30-larda olan gözəl bir qadındır. Ötən il evlənib. Çox maraqlı qadındır. Qəzzafinin övladları öz makabr əcaiblikləri ilə maraq doğurur. Səddamın övladları da eləcə. Bu siyahını uzatmaq olar.
Əsgər Möhsümoğlu: Siz Svetlana Alliluyevanı qeyd etdiniz. Bu, şəxsən mənim üçün xüsusi maraq kəsb edir. Mən Sovet İttifaqı adlanan ölkədə boya başa çatmışam və mənim ailəm İosif Stalinin stiyasətinin təsirinə məruz qalıb. Sizin kitabınız bu adamı daha yaxşı anlamağa necə kömək edir?
Nə qədər acı da olsa, diktatorların çoxu son dərəcə ağıllı, yüksək zehni qabiliyyətli, istedadlı və xoş təsir bağışlayan adamlar olur. Və onlar əllərində olan səlahiyyətlərlə pis əməllər törədirlər.
Jay Nordlinger: Stalin qanqster id. O, qatil idi. O, qəzəb və nifrətlə dolu idi. O, dünyanı formalaşdırmaq istəyirdi - onu dağıtmaq və ona nəzarət etmək. O, dünyanı öz çəkmələri altına salmağa can atırdı. Hesab edirdi ki, dünyanı idarə etmək üçün yaranıb. Stalin meqalomanyak idi. Eyni zamanda təəssüflə deməliyəm ki, olduqca ağıllı idi. Elə onu yüksəldən və orada saxlayan da onun dərin intellekti idi. Nə qədər acı da olsa, diktatorların çoxu son dərəcə ağıllı, yüksək zehni qabiliyyətli, istedadlı və xoş təsir bağışlayan adamlar olur. Və onlar əllərində olan səlahiyyətlərlə pis əməllər törədirlər.
Əsgər Möhsümoğlu: Tarixi fiqurların araşdırılmasında Freyd yanaşması var ki, bu nəzəriyyəyə əsasən müəlliflər diktatorların uşaqlıqlarına baş vurub şərin kökünü, qırılma nöqtəsini, bais faktoru müəyyən etməyə çalışırlar. Amma insanlara övladları da təsir göstərə bilər. Bəzən insanlar ata olduqdan sonra həyata baxışları dəyişir. Siz belə bir məqamla üzləşdinizmi?
Jay Nordlinger: Bu, əla sualdır. İndiyədək məndən bu sualı heç kəs soruşmayıb. Mən elə bir hala rast gəlmədim ki, oğul yaxud qız atanı yumşaltmış olsun. Çox vaxt atalar övladlarına dərin məhəbbət bəsləyirlər. Diktatorların çoxu qız övladlarını sevir, ələlxüsus da ilk doğulan qızları. Amma bu sevginin onların qəddar idarə üsuluna təsiri nəzərə çarpmır.
Əsgər Möhsümoğlu: Bu kitabın başlıca mövzusu şərdir. Söhbət çox sayda övladları atasız qoymuş, bəzi hallarda minlərlə uşaqların qırılmasına gətirib çıxarmış siyasət yürüdən liderlədən gedir. Siz atalıq hissi ilə şər xislət arasındakı dissonansı necə izah edə bilirsiniz? Yoxsa, bu, mümkün deyil?
Diktator özünü ölkəsi, hətta dünya üçün əvəzolunmaz şəxsiyyət hesab edir. Və o, hesab edir ki, Orvellin təbirincə, bu dadlı qayqanağı bişirmək üçün bir neçə yumurtanı sındırmaq labüddür.
Jay Nordlinger: Bütün bu diktatorlar özlərinin xeyir iş gördüklərinə əmindirlər. Diktator hər səhər yuxudan ayılıb düşünmür ki, görən mən bu gün hansı şər əməlin sahibi olacağam. Diktator özünü ölkəsi, hətta dünya üçün əvəzolunmaz şəxsiyyət hesab edir. Və o, hesab edir ki, Orvellin təbirincə, bu dadlı qayqanağı bişirmək üçün bir neçə yumurtanı sındırmaq labüddür. Bu yumurtaların timsalında insanlar əzilir, öldürülür, məhv edilir, həbsə atılır. Amma qayqanağ heç vaxt ortaya çıxmır.