Accessibility links

Azərbaycan məscidlərində bayram namazı qılınıb


Azərbaqycan məscidlərində bayram namazı qılınıb
Azərbaqycan məscidlərində bayram namazı qılınıb

Ramazan bayramı ilə əlaqədar iyunun 15-də səhər Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Şeyxülislam bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

“Dağlıq Qarabağın və işğal altındakı digər torpaqlarımızın tezliklə azad olunması üçün dua edib namaz qıldıq”, Paşazadə vurğulayıb.

Onun sözlərinə görə, SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid olduğu halda, hazırda 2 mindən çox məscid fəaliyyət göstərir.

“Ölkəmizdə sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Dindarların sərbəst şəkildə ibadət etmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur. Bunun dünyada analoqu mövcud deyil. Biz iki məzhəbin nümayəndələri bir yerdə namaz qılırıq, ibadət edirik. Bu da ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasından irəli gəlir”, Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG