Freedom House təşkkilarının hər il dərc etdiyi Dünya Azadlıq Hesabatına əsasən 2017-ci il qlobal azadlığın ardıcıl olaraq azaldığı 12-ci il oldu. Ekspertlər Çin, Rusiya və Şimali Koreyanın qlobal sabitliyə risk yaratdığını desə də, Latın Amerikası və Afrika kimi digər regionlarda tərəqqi və qlobal inkişafın olduğuna dair əlamətlər olub.
Demokratiya dünyanın hər bucağında tənəzzül edir və hücum altındadır.
Artıq ardıcıl olaraq 12 ildir ki, dünya boyu azadlıq tənəzzül edir. Bu isə o deməkdir ki, 2017-ci ildə daha çox ölkədə azadlıq sahəsində irəliləyiş əvəzinə tənəzzül müşahidə olunub.Arç Paddinqton
Bu, Freedom House təşkilatının ölkələr boyu vətəndaş azadlıqları və digər demokratik azadlıqları araşdırdığı yeni hesabatında gəldiyi nəticədir.
Arç Paddinqton Freedom House-un elmi işçisidir.
“Artıq ardıcıl olaraq 12 ildir ki, dünya boyu azadlıq tənəzzül edir. Bu isə o deməkdir ki, 2017-ci ildə daha çox ölkədə azadlıq sahəsində irəliləyiş əvəzinə tənəzzül müşahidə olunub,” deyə o bildirir.
Buna Birləşmiş Ştatlar da daxildir ki, burada Rusiyanın 2016-ci il prezident seçkisinə müdaxiləsi ilə bağlı aparılan istintaq ölkənin demokratiya modeli statusunu zəiflədib.
Rusiyanın Avropa seçkiləri boyu apardığı dezinformasiya kampaniyası da dünya boyu demokratik normaların sarsılmasının bir amili olaraq qiymətləndirilir.
Ekspertlər Çin kimi ölkələrdə ölkənin lideri Şi Tsinpinin hakimiyyəti altında repressiyanın və senzuranın artdığını müşahidə edir.
Rohinca müsəlmanlarının Myanmanın Rakxayn ştatından Banqladeşə kütləvi axını oradakı humanitar böhranın daha da pisləşdiyinə işarədir. ABŞ və digərləri bu böhranı etnik təmizləmə adlandırır.
Zimbabvenin prezidenti Robert Muqabenin devrilməsindən sonra ekspertlər ölkənin siyasi gələcəyi ilə bağlı ehtiyatla nikbilniliklərini ifadə edib.
“Zimbabve 2017-ci il siyahısında geriləyib. Bunun əsas səbəblərindən biri prezident Muqabenin qeyri-demokratik yollarla hakimiyyətdən devrilməsi və qeyri-demokratik yollarla əvəzlənməsi oldu. Ona görə də biz ümid edirik ki, islahat və liberallaşdırma, eləcə də gələn il demokratik seçkilərin keçiriləcəyinə dair verilən sözlər yerinə yetiriləcək,” deyə Paddinqton bildirir.
Cənubi və Mərkəzi Amerika boyu tərəqqi əlamətləri mövcudur. Onların sırasına Meksika da daxildir ki, orada bu il prezident seçkiləri keçiriləcək.
Demokratik yolla seçilən hökümətlərin siyasi islahatlar aparmaq istəməsi də müsbət haldır.Arç Paddinqton
“Namizədlərdən biri populistdir və əgər o qalib gəlsə, Meksika siyasətində maraqlı dəyişikliklər baş verə bilər,” Paddinqton söyləyir.
Freedom House ekspertləri deyir ki, İraq və Əfqanıstanda davam edən müharibələrə baxmayaraq, onlar hər iki ölkədə bu il keçiriləcək seçkiləri yaxından izləyib, orada sivil hökümətə doğru tərəqqinin olduğuna dair əlamətlərin olub-olmayacağını yoxlayacaq.
Şimali Koreya və Çin kimi qonşuları olan Cənubi Koreya və Tayvanda isə davamlı olaraq siyasi inkişafın əlamətləri müşahidə olunur.
Arç Paddinqton: “Demokratik yolla seçilən hökümətlərin siyasi islahatlar aparmaq istəməsi də müsbət haldır.”