Accessibility links

Dmitri Medvedev:Kabinet nazirləri Direktorların Korporativ Şurasındakı yerləri boşaltmalıdır


Dmitri Medvedev:Kabinet nazirləri Direktorların Korporativ Şurasındakı yerləri boşaltmalıdır
Dmitri Medvedev:Kabinet nazirləri Direktorların Korporativ Şurasındakı yerləri boşaltmalıdır

Rusiya prezidenti Dmitri Medvedev kabinet nazirlərinin direktorların korporativ şurasındakı yerlərini boşaltmalarını istəyib. Təklifi bu gün irəli sürən Medvedev deyib ki, o, dövlət şirkətlərinə göstərilən təsiri aradan qaldırmağa çalışır. Rusiya prezidenti şuradakı yerlərə bu ilin ortalarınadək müstəqil direktorların təyinatına göstəriş verib. Dmitri Medvedev Magnitoqorsk şəhərindəki çıxışı zamanı Rusiyanın yoxsul investisiya atmosferini tənqid edib. Cənab Medvedev hazırda 34 faiz təşkil edən vergi sığortalarının gələn il ixtisar ediləcəyini bəyan edib. Prezident xarici fondlarla bərabər həmsərmayəçiliyə dair investisiya fondunun təsis ediləcəyini bildirib. Dmitri Medvedev 2012-ci ildə yenidən prezidentlik yarışlarına qoşulacağı barədə heç nə deməyib.

XS
SM
MD
LG