Çin dövlət mediyası Ərəbistan dənizində dəniz quldurlarının 24 nəfər çinli ekipaj üzvü daxil olmaqla yük gəmisini ələ keçirdiklərini bildirib. Sinhua xəbər agentliyi bu gün yeddi nəfər dəniz quldurunun Panamada qeydiyyatda olan gəmini Pekin vaxtı ilə günorta vaxdı qaçırdıqlarını bildirib. Bəzi dəniz quldurları bu regionda tez-tez gəmi qaçırırlar və gəmi ilə ekipaj üzvlərini azad etmək üçün 5 millyon dollar pul tələb edirlər. Beynəlxalq dəniz patruluna baxmayaraq dəniz quldurlarının gəmi qaçırmaları problemi hələ də mövcuddur.
Bəzi dəniz quldurları bu regionda tez-tez gəmi qaçırırlar və gəmi ilə ekipaj üzvlərini azad etmək üçün 5 millyon dollar pul tələb edirlər