Dekabrın 8-də Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi yenidən bahalaşıb.
Mərkəzi Bankın məlumatına görə, hərrac 1 ABŞ dolları üçün 1,7369 məzənnəsi ilə başlayıb və 1,7414 məzənnəsi ilə yekunlaşıb.
Oktyabrın ortalarından başlayaraq dolların və avronun məzənnəsi durmadan artır.
Kommersiya banklarının böyük əksəriyyəti xarici valyuta satmır. Əhali dolları əsasən qara bazardan alır, burada dolların qiyməti rəsmi məzənnədən 8-10 qəpik yuxarı olur.