Accessibility links

Donald Tramp Şimali Koreya ilə əldə edilən razılığın gedişatından çox razıdır


ABŞ prezidenti Donald Tramp deyir ki, o, Şimali Koreya ilə Pxenyanın nüvə proqramına son qoymaq məqsədilə aparılan danışıqlardan “çox razıdır”.

Amma son günlərdə bir neçə xəbər orqanı bildirib ki, Tramp Ağ Evdə pərdə arxasında Şimali Koreya danışıqlarının gedişatı ilə bağlı narazılığını ifadə edib.

ABŞ-da fəaliyyət göstərən Şimali Koreyaya nəzarət qrupu 38 North-un verdiyi məlumata görə, peyk görüntüləri Şimali Koreyanın ölkənin şimal-qərb sahilində yerləşən Sohae Peyk Göndərmə Stansiyasını sökməyə başladığını əks etdirir.

38 North-un təhlilçisi bunu Şimali Koreya lideri Kim Conq Unun Donald Tramp ilə Sinqapurda keçirilən sammitdə “ etdiyi vədləri yerinə yetirmək üçün atılan ilk mühüm addım” adlandırıb.

Lakin onların əldə etdiyi razılıqda Şimali Koreyanın nüvə silahları proqramını, eləcə də mövcud nüvə təsislərini necə nə nə zaman ləğv edəcəyinə dair məlumat yer almayıb.

XS
SM
MD
LG