Accessibility links

Donald Tramp: Şimali Koreya sammiti Sinqapurda keçiriləcək


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyini açıqlayıb.

Donald Tramp azadlığa buraxılaraq Şimali Koreyadan Amerikaya qayıdan üç amerikalını cümə axşamı səhər şəxsən özü qarşılayıb.

Endrüs hərbi hava qüvvələrinin bazasında Şimali Koreyadan gələn üç amerikalını qarşılayanlar arasında ABŞ prezidenti Donald Tramp, vitse-prezident Mayk Pens və onların həyat yoldaşları da olub.

Təyyarədən enəndən sonra keşmiş məhbuslar əllərini havaya qaldıraraq, qələbə işarəsi göstərib. Bundan bir neçə dəqiqə sonra isə prezident deyib ki, onların bu ərəfədə azadlığa buraxılması gözlənilməz olub.

Koreyalı-amerikalılar dövlət katibi Mayk Pompeo Kim Conq Unla görüşmək üçün bir ay ərzində Şimali Koreyaya iki dəfə səfər edəndən sonra azadlığa buraxılıb.

Toni Kim və Kim Hak Sonq ölkədə yeganə özəl universitet olan Pxenyan universitetində elm və texnologiya üzrə dərs verirdi. Onlar 2017-ci ildə hökumət əleyhinə fəaliyyətlər ittihamı ilə nəzarət altına alınmışdı.

Üçüncü məhbus Kim Donq Çul 2015-ci ilin oktaybr ayında həbs olunub və casusluq ittihamı ilə ağır əmək koloniyasına salınmaqla, 10 müddətinə azadlıqdan məhrum edilmişdi.

"Onların bizə qarşı rəftarları müxtəlif idi. Məsələn, mən ağır işlər görürdüm. amma xəstələnəndə də onlar məni müalicə edirdi” , Kim Donq Çul deyib.

Keçmiş məhbuslar ailələri ilə görüşmək üçün hərbi tibbi təsisə aparılıb. Daha sonra orada onlar tibbi müayinədən keçəcək.

Hava bazasını tərk etmədən öncə Tramp Pompeonun səylərini alqışlayıb və müxbirlərə deyib ki, Kim Conq Unla sammit iyunun 12-də baş tutacaq.

XS
SM
MD
LG