Accessibility links

Tramp: Sabiq milli təhlükəsizlik müşavirinə qarşı ədalətsizlik var


Prezident Donald Tramp Yuta ştatına yola düşməzdən öncə müxbirlərlə Ağ Evin cənub qazonunda danışır. 4 dekabr, 2017.
Prezident Donald Tramp Yuta ştatına yola düşməzdən öncə müxbirlərlə Ağ Evin cənub qazonunda danışır. 4 dekabr, 2017.

Prezident Donald Tramp sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnə rəğbətini ifadə edib. O, Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini araşdıran təhqiqatçıların Flinnə ədalətsiz yanaşdıqlarını bildirib.

Flinn cümə günü ötən yanvar ayında Federal Təhqiqatlar Bürosu (FBI) əməkdaşlarının Rusiyanın ABŞ-dakı səfiri ilə təmasları haqda yalan danışdığını etiraf edib. Həmin söhbət Trampın andiçmə mərasimindən bir neçə həftə öncə baş vermişdi.

Hillari Klinton dəfələrlə FBI-ya yalan danışdı. Ona heç nə olmadı. Flinn yalan danışdı və onun həyatını dağıtdılar.

“Prezident Flinnin FBI-ya yalan danışmasını prezidentliyə namizəd Hillari Klintonun öz emailləri haqda federal təhqiqatçılara dedikləri ilə müqayisə edib.

“Hillari Klinton dəfələrlə FBI-ya yalan danışdı. Ona heç nə olmadı. Flinn yalan danışdı və onun həyatını dağıtdılar. Bu, rüsvayçılıqdır,” deyə Tramp bazar ertəsi Ağ Evi tərk edərkən bildrib.

Prezident qeyd edib ki, Klinton FBI ilə danışan zaman and içməmişdi, halbuki Flinn bunu etmişdi.

Sabiq FBI Direktoru Ceyms Komi 2016-cı ilin iyulunda Konqres qarşısında verdiyi ifadədə Klintonun dövlət katibi olduğu dövrdə özəl email serverindən istifadə etməsi haqda FBI agentlərinə yalan danışmadığını söyləmişdi.

“Bizdə onun FBI-a yalan danşdığına əsas verəcək heç nə yoxdur,” deyə Komi açıq dinləmə zamanı Nümayəndələr Palatasının Nəzarət Komitəsinə bildirmişdi.

"Mən Flinnin halına acıyıram," Prezident Tramp vurğulayıb.

Vaşinqtonda federal hakim qarşısına çıxan təqaüdə çıxan 59 yaşlı ordu generalı Flinn Federal Təhqiqat Bürosuna 2016-cı ilin dekabr ayında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə apardığı gizli danışıqlar ilə bağlı yalan ifadə verdiyini etiraf edib.

Sabiq Milli Təhlükəsizlik Müşaviri Maykl Flinn ABŞ Dairə Məhkəməsini tərk edir. Vaşinqton, 1 dekabr, 2017.
Sabiq Milli Təhlükəsizlik Müşaviri Maykl Flinn ABŞ Dairə Məhkəməsini tərk edir. Vaşinqton, 1 dekabr, 2017.

Bu ittiham ilə o beş il müddətinə həbs cəzası ilə üzləşə bilər, lakin ortalama həbs cəzaları 0 ilə 6 ay arasında olur.

Prokurorlar Flinn xüsusi müstəntiq Rober Müllerin istintaqına əhəmiyyətli yardım etsə, onun üçün daha yüngül cəza istəyəcəklərini bildirib. Hələ ki, hökmün nə zaman çıxarılacağı məlum deyil.

Mən Flinnin halına acıyıram.

Etirafının bir hissəsi olaraq, Flinn Müllerin komandası ilə tam əməkdaşlıq etməyə, onların suallarını cavablandırmağa, yazılı ifadələr verməyə, poliqraf testlərindən keçməyə və gizli hüquq-mühafizə əməliyyatlarında iştirak etməyə razılaşıb. Bunun müqabilində Müllerin ofisi Flinni cinayət məsuliyyətinə cəlb etməməyə razılaşıb.

Flinn Müllerin komandası tərəfindən ittham olunan Trampın 2016-ci il seçki kampaniyasının dördüncü üzvü və Rusiya istintaqı ilə bağlı günahını etiraf edən ilk keçmiş Ağ Ev rəsmisidir.

XS
SM
MD
LG