Prezidentliyə respublikaçı namizədlər çərşənbə axşamı Las Veqasda keçiriləcək debat zamanı partiyanın tərəfdarlarına müraciət etmək üçün daha bir şans əldə edəcəklər. Donald Tramp respublikaçı namizədlər arasında üstünlyü qoruyub saxlayır. Onun kampaniyası sərt ritorika və mübahisəli təkliflər üzərində qurulub. Amerikanın Səsinin əməkdaşı bazar ertəsi Las Veqasda Trampın tərəfdarları ilə danışaraq, onların Trampa rəğbətinin səbəbini öyrənib.
Məncə, o başqalarının yayınmaq istədiyi məsələləri dilə gətirdi. Məsələn, immiqrasiya, əsasən də bizim nəzarət sistemimizin düzgün işləmədiyi bir vaxt müharibədən qaçan Suriya qaçqınlarının bura gətirilməsi məsələsini.Tramp dəstəkçisi
Donald Tramp qəzəbli sözlərini professional siyasətçiləri yönəldir, onu dinləməyə gələnlər isə Vaşinqtonda onun kimi biznes təcrübəsinə malik adama ehtiyacın olduğunu deyir.
“Mən işini, evini itirən çox insan tanıyram və məncə Tramp daha çox iş yeri yaradacaq.”
Onun tərəfdarları siyasətçilərin bunu edə bilmədiklərini iddia edir.
“Baxmayaraq ki, onlar Harvardda, Yale-də təhsil alıblar, onlar axmaqdır, çünki onlar bizim iş yerlərimizi Çinə göndərir. Heç kəs bizim üçün mübarizə aparmır.”
Trampın tənqidçiləri onun müsəlmanların ölkəyə daxil olmasına qadağa tətbiq edilməsinə dair təklifini lağa qoyub , bunu anti-amerikan adlandırıb. Ancaq Trampın tərəfdarları arasında bu təklif çox populyardır.
“Məncə, o başqalarının yayınmaq istədiyi məsələləri dilə gətirdi. Məsələn, immiqrasiya, əsasən də bizim nəzarət sistemimizin düzgün işləmədiyi bir vaxt müharibədən qaçan Suriya qaçqınlarının bura gətirilməsi məsələsini."
Tərəfdarlar Trampın Amerika mədəniyyətini bərpa edəcəyini...
“Biz ingilis-dilli millətik. Mənim fikrimcə, mən bir başqası ilə ünsiyyət qurmaq üçün ispan dilini öyrənməməliyəm”
... və qanunsuz immiqrasiyaya son qoyacağını deyir.