Accessibility links

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir


Indonesian community Eid prayer, NOVA campus, VA
Indonesian community Eid prayer, NOVA campus, VA

Dünya boyu müsəlmanlar oruc tutduqları Ramazan ayının sona çatmasını Eyd Əl-Fitr ilə, başqa sözlə Ramazan bayramını qeyd edir.

Bu ayın başlağıcı və sonu yeni Ayın doğması ilə müəyyən olunur. Bir çox ərəb ölkələri və İndoneziya bu il bayramın dünən, yəni cümə günü başladığını, Oman, Mərakeş və Hindistan isə yeni Ayın bu gün göründüyünü elan edib.

Ramazan bayramı 200 milyon insanla dünyanın ən çox müsəlman əlahisi olan ölkəsi - İndineziyada ən önəmli bayram hesab edilir.

Bu bayram Azərbaycan da daxil olmaqla, dünyanın demək olar ki, bütün müsəlman ölkələrində qeyd edilir.

Bayramı qeyd edən ölkələr arasında ABŞ da yer alır. Belə ki, Birləşmiş Ştatlarda 2.5 milyondan artıq müsəlman yaşayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG