Accessibility links

Dünyanın ən təhlükəsiz və nəzarətdə olan şəhəri - Sinqapur [Video]


Dünyanın ən təhlükəsiz və nəzarətdə olan şəhəri - Sinqapur
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Dünyanın ən təhlükəsiz və nəzarətdə olan şəhəri - Sinqapur

Sinqapur özünü dünyanın ilk "ağıllı ölkəsi" kimi özünü tanıdıb və bunun da səbəbini görmək çətin deyil.

Çünki, bura hiper-elektronik ölkədir. Son sorğular onu göstərir ki, sinqapurlular günün təxminən 13 saatını elektron cihazlara sərf edir.

Bütün bu texnologiyalar hökumətin baş verənlərə nazərət etməsini daha da asanlaşdırır. Bu etməyin bir yolu da nəzarət kameralarıdır. Sinqapurun harasında olmağınızdan asılı olmayaraq kiminsə size izlədiyini görmək üçün çox uzağa baxmaq lazım deyil.

Hazırda dünyanın hər yerində kameralar olduğu üçün bu o qədər də qeyri-adi səslənmir. Ancaq Sinqapurda hökümət məhkəmə əmri olmadan telefon danışıqlarına qulaq asıb, emailləri izləyib və başqalarının şəxsi müzakirələrini dinləyə bilir.

Bütün bu səbəblər Sinqapuru vacib beynəlxalq zirvə toplantısını keçirmək üçün mükəmməl yerə çevirir.

“Sinqapur Donald Trampa və Kim Conq Un-a qarşı etiraz aksiyasının olmayacağına zəmanət verə bilir. Hər hansı bir təhlükəsizlik təhdidi olmayacaq, çünki hər şey davamlı şəkildə müşahidə altındadır." - deyə, Himan Right Watch-ın nümayəndəsi Fil Robertson bildirib.

Sinqapur dünyada cinayətkarlıq səviyyəsinin ən aşağı olduğu ölkələrdəndir. Gallupun məlumatına görə, sinqapurlular ardıcıl beş ildir özlərini dünyanın digər sakinlərindən daha çox təhlükəsizlikdə hiss edir.

Stabillik Sinqapuru qlobal maliyyə kapitalına çevirərək zənginlik qazanmağına kömək edir. Amma burada hər şey o qədər də gözəl deyil.

“Onlar texnologiyada yalnız cinayətkarlıqla mübarizə üçün istifadə etmirlər. Bu texnologiyaları həmçinin siyasi səbəblər üçün də istifadə edirlər. Onlar müxalifətin nə işlər gördüyünə, kimlərin aktivlik etdiyinə nəzarət edirlər." - deyə, Fil Robertson əlavə edib.

Yolovan Vam Sinqapur hökumətini tənqid edən aktivistlərdən biridir.

“Əgər siz fəal və ya siyasətçisinizsə o zaman sizin bütün dediklərinizin, bütün email danışıqlarınızın izləndiyini bilməlisiniz. Çünki müşahidə xüsusilə də iqtidarı partiyasını tənqid edənlərin müşahidə dilməsi Sinqapur həyatının bir hissəsidir."

Hökumət Amerikanın Səsinin sorğusuna cavab verməyib.

Ümumiyyətlə, Sinqapuru onilliklərdir idarə edən iqtidar partiyasına qarşı etiraz edən çox az qüvvə var.

Dünyanın ən varlı ölkələrindən biri olan Sinqapur özünün bahalılıq və təhlükəsizliyi ilə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG